Fəhlə iş arası oxuyur, iş yoldaşları maraqla qulaq asır. Başqa bir fəhlə isə şeirlə onu müşayiət edir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər sosial şəbəkələrdə ən çox paylaşılan bu video izlənmə rekordu qırır. Yazılan şərhlərdə hamı bu insanların kimliyi ilə maraqlanır, oxuyan fəhlənin indiki müğənnilərdən daha şirin səsə sahib olduğunu qeyd edirlər.
Biz də həmin insanları axtarıb tapdıq və istədik ki, onları hamı tanısın.
60 yaşlı Saday Rzayev və 38 yaşlı Murtuza Məhərrəmov Laçın rayonundan məcburi köçkün düşərək, Bakıda məskunlaşıblar. Murtuza deyir ki, segah, muğam və təsniflərin demək olar ki, yarıdan çoxunu ifa edə bilir. Özü ifaçılıqla peşəkar məşğul ola bilməsə də, oğlunu musiqi təhsili alması üçün musiqi məktəbinə göndərir.
Fəhləliklə məşğul olan Murtuza həm işdə, həm də evdə oxuyaraq insanlara musiqi ziyafəti verməkdən zövq aldığını deyir.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub