Vaşinqton ştatında, kiçik şəhərcikdə yaşayan, orta məktəbin qəzetində çalışan məktəbli jurnalist Pentaqonun rəhbərindən müsahibə alıb.
Publika.az xəbər verir ki, bir dövlət rəsmisinin əlindəki qovluqda yazılmış telefon nömrəsi "The Washington Post" qəzetinin fotokameralarına tuş gəlir. Həm uzaqdan çəkiliş, həm də mikroskopik kiçik olan nömrə fərqinə varılmadan nüfuzlu qəzetdə dərc olunur.
Məktəbli jurnalist telefon nömrəsini oxuya bilir və ABŞ-ın müdafiə naziri Ceyms Mettisə zəng vurur. Nəticədə, Mad Dog “quduz it” ləqəbi ilə tanınan Pentaqon rəhbəri nəinki uşağın xətrinə dəyir, hətta geniş müsahibə verməyə razılaşır.
“Yeniyetmə-jurnalist özü bu hadisəni əsl möcüzə adlandırıb”, - deyə NBC telekanalının reportyoru Emi Marino danışır.
Müsahibənin özündə elə bir xüsusi açıq məqam yoxdur: bu, sadəcə Ceyms Mettisin ABŞ-ın xarici və daxili siyasəti üzrə mövqelərinin xülasəsidir. Pentaqon rəhbəri gənc Fişerin ona zəngini qəbahət saymayıb, əksinə, nəyəsə nail olmağa çalışan, təşəbbüskar gənclərə kömək məqsədilə cavab vermək qərarına gəlib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub