Öləndən sonra internet hesabınızın aqibəti necə olacaq? ARAŞDIRMA

843
Öləndən sonra internet hesabınızın aqibəti necə olacaq? ARAŞDIRMA

Hazırda, demək olar ki, əksəriyyətimizin “Facebook”, “Apple”, “Gmail”, “Instagram” hesabı var. Bəs biz dünyadan köçəndən sonra istifadəçisi olduğumuz hesabların aqibəti necə olacaq?

Mynews.az Oxu.Az-a istinadən Türkiyə mətbuatının internetin ölümümüzdən sonrakı şərtləri haqqında araşdırmasını təqdim edir.

Bu məsələnin mətbuatda gündəmə gəlməsində və hər kəsi düşündürməsində payı olan hadisəni xatırlatmasaq, olmaz. Belə ki, Almaniyada 15 yaşlı bir qızın qatarın altında qalaraq həyatını itirməsindən sonra qızın ailəsi baş verənləri yaxından araşdırmaq üçün övladının aktiv hesablarını incələmək istəyir. Ancaq ailə qızlarının sosial şəbəkə hesablarına hələ də daxil ola bilməyib. Göstəricilər, parollar hələ də ölən qızın özünə aiddir və ailəsinə verilmir.

Öləndən sonra məlumatlarınızın sahibinin kim olacağı çox adi bir sualdır. Göstəriciləriniz kimin əlinə düşə, kimlər profillərinizi əldə etməyi tələb edə bilər?

Alman qız göstəriciləri haqqında heç bir şey deməsə də, “Facebook” şirkəti şəxsi məlumatlarını ailəsinə açmağın qızın rəfiqələrinin hesablarının məxfiliyini pozacağını irəli sürür. Bu mövqeyi nümayiş etdirən yeganə texnologiya firması “Facebook” deyil. Eyni şəkildə “Apple” da ölən insanın məlumatlarını gizli saxlamağı üstün tutmuşdu.

Əlbəttə, texnologiya firmaları boş dayanmırlar və bu mövzudakı suallara necə cavab verəcəklərini düşünməklə məşğuldurlar. Budur, öncül veb xidmətlərinin ölümlə bağlı məlumat prinsipləri...

Qeyd etdiyimiz kimi, “Facebook” bu məsələdə olduqca ehtiyatlı addım atır. Ölən adamın hesabı bağlanılır və ya bir “anı hesabı”na çevrilir. Bu, etibarlı bir ölüm sənədi ilə təmin olunur və sənəd “Facebook”  tərəfindən yoxlanır. Bütün bunları reallaşdırmaq üçün ölənin səlahiyyət verilmiş bir yaxınının olması kifayətdir.

“Facebook” kimi, “Twitter” də hesabı tam olaraq silməyə icazə verir. Ancaq “Twitter” bunu yalnız hesab sahibinin edə biləcəyini istifadə şərtlərində açıq şəkildə bildirir.

“Google”un bu sahədə çalışan yaxşı bir sistemi var. Şəbəkə “Inactive Account Manager” vasitəsilə digər şəbəkələrə nisbətdə bir qədər fərqli işləyir.

“Google” burada hesab açıb-açmadığınızı, “Gmail”i istifadə edib-etmədiyinizi və s. izləyir. Hesabınız müəyyən müddət qapalı qaldıqda, əvvəlcədən sadaladığımız ünvanlara sizin sözlərinizdən ibarət olan bir mesaj göndərilir.

Eynilə “Microsoft” da əhatəli hesab ötürmə prinsiplərinə sahibdir. “Microsoft Next of Kin Process” proqramı çərçivəsində etibarlı sənədlərə malik bir insan, bu məlumatları və artığını istəyə bilər:

• “E-poçt”lar və əlavə fayllar

• Nömrələrin siyahıları

• Ünvan dəftərləri kimi göstəricilər sizə çatdırılsa da, hesabın parolu sizə verilmir. Bəzi istifadəçilər bu vəziyyətdən dolayı ruh düşkünlüyünə uğrayır, çünki ölən şəxsin kompüteri bağlı qalır.

“Apple” öləndə belə istifadəçilərinin gizliliyinə olduqca diqqət edir. Bir “Apple” istifadəçisi öldükdə, rəsmi olaraq hesabı və istifadəçiyə lisenziyalı hər şey ölür. Bu, musiqilərin, filmlərin, fotoşəkillərin və daha çox məlumatın məhv olması deməkdir. Bunları “Apple”in əlindən geri almaq üçün məhkəmə qərarı lazımdır.

Bəzi qeyri-rəsmi mənbələrə görə, “itunesstoresupportapple.com” ünvanına müraciət etməkdə fayda var.

“Steam” şəbəkəsi şəxsi göstəricilərlə bağlı bəyanat verməsə də, hesabınızın haqqını kimsəyə satmayacağınızı və ya transfer edə bilməyəcəyinizi də açıq şəkildə bildirir. “Steam”ə görə, yazılma “lisanslanır” və “satılmır”. Bu səbəbdən yazılımlar haqqında sahiblik iddia edə bilməzsiniz. Yəni ölən adamın parolunu bilmirsinizsə, oyunların hamısı silindi deməkdir. Belə vəziyyətdə “Steam”in istifadəçi dəstəyindən kömək istəyib, hesab sahibinin öldüyünü desəniz, daha pis olar. Çünki bu halda hesab sahibinin öldüyünü söyləyərək, “Steam”in hesabı bağlamasını təmin etmiş olursunuz.

Nə etməli?

Parol idarəçiləri bu məsələdə ən yaxşı həll olaraq qarşımıza çıxır. “Lastpass”, “Dashlane”, “Passwordbox”  kimi parol rəhbərləri, fövqəladə hallar və ani ölümlər üçün xüsusi parol paylaşma funksiyaları təqdim edirlər.

Xəbər lenti