Azərbaycana səs salan çobana nə mane olur? - VİDEO

771
Azərbaycana səs salan çobana nə mane olur? - VİDEO

Qoyun otararkən mahnı oxuyan və hər kəsin marağına səbəb olan çobanı "Xəzər Xəbər" göstərdikdən sonra Pərvin Səfərov Milli Konservatoriyaya dəvət olunmuşdu. Mnun musiqi kolleclərindən birində təhsil alması üçün kömək ediləcəyi bildirilmişdi. Xüsusi istedadlı gənc kimi imtahansız kollecə daxil olması üçün dövlət imtahan mərkəzinə məktub göndərilsə də, bu istək həyata keçmədi. Bəs səbəb nədir?

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, çobanlıq edən Pərvin Səfərov Milli Konservatoriyaya dəvət edilərək tanınmış sənətkarların qarşısında çıxış etdi.
Və ona söz verildi ki, musiqi təhsili alması üçün imtahansız kollecə daxil olunmasına köməklik ediləcək. Hətta bu haqda Dövlət İmtahan Mərkəzinə məktub göndərildi. Lakin Pərvin deyir ki, əksinə olub, ondan imtahan götürüblər. Təbii olaraq da o imtahandan lazımi balı toplaya bilməyib.
Pərvin deyir ki, o çobanlıqla məşğuldur. Dərs oxumağa vaxtı yoxdur. Amma səsi olduğu üçün ona söz verilmişdi ki, imtahan vermədən kollecə qəbul edəcəklər.
Milli Konservatoriyada isə hələ də ümid edirlər ki, Dövlət İmtahan Mərkəzi Pərvinin istedadını nəzərə alaraq, onun imtahansız kollecə qəbul olunmasını təmin edəcəklər.Dövlət İmtahan Mərkəzi də məsələyə aydınlıq gətirib. Bildirilir ki. Nazirlər kabinetinin təsdiqlədiyi qayadalara görə, yalnız beynəlxalq müsabiqələrin laureantı olmuş insanlar imtahansız hansısa təhsil müəssisəsinə qəbul ola bilər.
Mərkəzdən məsləhət görürlər ki, Pərvin müsabiqələrdə iştirak etmək üçün müraciət etsin. Yalnız orda uğur qazandıqdan sonra imtahan vermədən təhsil ala bilər.

Xəbər lenti