Həzrət Peyğəmbər (s) buyurur: "O dəstə insanlar ki, heç bir zaman namaz qılmırlar - səqr(cəhənəmin yerlərindən biri) onlar üçündür".
Səqr - cəhənnəmin ən alt təbəqəsinin adıdır. Allah Quranda buyurur: "Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik"". ("Muddəssir" 41-43).
Allahın bu vacib əməlini tərk etmək - naşükürlüyə və nemətin küfrünə bərabərdir. Hər kim dinin bu sütununu yerinə yetirməzsə, özünü cəhənnəmlik edər.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, namazı tərk edənlərin özünü dörd dəstəyə bölmək olar:
1. İnkar üzündən tərk edənlər. Yəni, namazı vacib hesab etmirlər və özlərini onu yerinə yetirmək üçün məsul bilmirlər. Bu şəxs kafirdir.
2. Səhlənkarlıq üzündən tərk edənlər. Bu insanlar kəbirə günah edib, fasiq sayılırlar.
3. Bəzi zamanlarda namazı tərk edənlər. Bu insanların imanı zəif olduğu üçün axirətlərinə qarşı etinasızdırlar. Ona görə də bəzən namaz qılır və bəzən də qılmırlar. Hədislərimiz bu insanları namazı zay edənlər adlandırır.
4. Namazın vacibatlarını tərk edənlər. Yəni, bu insanlar namaz qılırlar, ancaq onun vacib əməllərini tərk edirlər. Misal üçün paltarları qəsbi olur, ya namazın vacib qiraətini və ya zikrini demirlər. Hədislərimiz bu insanları da namazı zay edənlər adlandırmışdılar. (Beytutə saytı)
Bəs namazı tərk edənləri nə gözləyir?
1. İlahi rəhmətdən və Peyğəmbərin (s) amanından məhrum olurlar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı bilərəkdən və səbəbsiz yerə tərk edər, Allahın və Rəsulunun (s) amanından uzaq olar".
2. Əməlləri məhv olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazını üzrsüz yerə tərk edər və vaxtı keçər, əməli məhv olar".
3. Dini viran olar. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz - dinin sütunudur və hər kim bilərəkdən namazını tərk edər, dinini viran etmiş olar".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub