Orda maşın sürə bilərsiniz? Dünyanın ən təhlükəli 15 yolu - FOTOLAR

1023
Orda maşın sürə bilərsiniz? Dünyanın ən təhlükəli 15 yolu - FOTOLAR

Şəhərdən uzaqlaşdıqca, avtomobili yavaş-yavaş sürərək yoldan zövq almaq bir başqa hissdir. Bu yollarla hər kəs harasa çatmağa çalışır. Yollarda rast gəlinən maneələr və xoşagəlməz sürprizlər olmasa, uzun yol insana dinclik gətirir. Xüsusən də mənzərəli yollardan keçərkən adam içindəki stressi atır sanki. Mənzərəli yollara isə kəndlərdə, rayonlarda, dağ və meşələrdə rast gəlinir. Ancaq bu yollar arasında da təhlükəli olanları var. Təhlükəli bir yolda maşın sürməyi heç nə ilə müqayisə etmək olmur. Bu cür yolların bəziləri insan əlilə inşa edilib, bəziləri isə təbiətin yaratdığıdır.

Mynews.az lent.az-a istinadən dünyanın ən təhlükəli 15 yolu ilə sizi tanış edir.

Zoji La, Hindistan
 
Ladakhi və Kaşmiri 9 km uzunluğunda olan bu uzun yollar bir-birinə bağlayır. Bu yoldan heyvanlar da keçir. Darısqallıq isə həm heyvanlar, həm də insanları təhlükə ilə üz-üzə qoyur.

Transfagaraşan, Rumıniya
 
Bu yol Carpathia dağları və Fagaraş sıradağlarını dəlib keçir. 2034 metr uzunluğu olan bu yol Rumıniyada ən uzun yoldur. Transfagaraşan möcüzəvi mənzərəsi və əlbəttə, təhlükəli olmasıyla məşhurdur.

Dalton şossesi, Alyaska
 
Dalton şossesi dünyada ən təcrid olunmuş yoldur. 666 km uzunluğundadır və yalnız 3 kiçik kəndi bir-birinə bağlayır. Bu şosse eyni zamanda dünyanın ən qarlı şossesi kimi də tanınır.

Khardung La, Hindistan
 
Bu yolun uzunluğunun 5602 metr olduğunu deyirlər. Təxminən Elbrus dağlarından daha uzundur. "Ginnessin Rekordlar Kitabı"na düşüb və dünyanın ən uzun yoludur.

Yungas yolu, Boliviya
 
Dünyanın ən təhlükəli avtoyollarından biridir. Hər il 200-300 insanın ölümünə səbəb olur. Bir yanında sıra dağlar, digər yanında isə 600 metr yüksəkliyində uçurum olan yol çox qorxuludur.

Atlantik okeanı yolu, Norveç
 
Atlantik okeanı yolu kiçik sahil qəsəbələrini bir-birinə bağlayır. Nəfəskəsici mənzərəsi ilə bu yolun tamamilə turistik bir yol olduğunu deyə bilərik.

Guoliang tuneli, Çin
 
Guoliang tuneli bölgədə yaşayan xalqlar tərəfindən inşa edilib. Dağın ortasında çəkilən yol qəsəbələri kənar ərazilərlə birləşdirən yeganə yoldur. Sonradan bölgədə yaşayan xalqların rahatlığı naminə bu yolda 1200 metr uzunluğunda tunel inşa olunub.

Gois keçidi, Fransa
 
Olduqca qəribə forması olan bu keçid yalnız günün bir neçə saatı açıq olur. Çünki digər vaxtlarda keçid suyun altında qalır. 4,5 kilometrlik yolu qət etməyə başlamazdan əvvəl mütləq saata baxmaq lazımdır. Yoxsa özünüzü sular altında görə bilərsiniz.

 

Tianmen dağı yolu, Çin
 
10 km uzunluğunda olan bu yolda 99 iti döngə var. Başlanğıc nöqtə ilə son nöqtə arasında yüksəklik isə 1000 metrə yaxındır. Bu yoldan istifadə edən sürücülərin soyuqqanlı olmağa ehtiyacları var.

Hana, Havay adaları
 
112 km uzunluğu olan bu yol Havay adalarından biri olan Mauindəki Kahului ilə Hanayı bir-birinə bağlayır. Dar, əyri-üyrü yol 59 körpünü və 46 birtərəfli yolu bir-birinə bağlayır. Torpaq sürüşməsi səbəbindən yol tez-tez bağlanır.

Kolima, Rusiya
 
Bu yola "ölüm yolu" deyirlər. Yakutskla Maqadanı bir-birinə bağlayan yolun adı "Kolima"dır. Yolun ilk 90 kilometri 1932-ci ildə məhkumlar tərəfindən inşa edilib. İnşaat 1953-ci ildə tamamlanıb.

Col de la Bonette, Fransa
 
Bu təhlükəli dağ keçidi Fransanı İtaliya sərhədləri ilə birləşdirir və 2000 metr yüksəklikdə yerləşir. Bu yol dik və gözlənilməz döngələrə malikdir.

Gotthard Keçidi, İsveçrə
 
Alp dağları silsiləsinin ən yüksək dağ keçidlərindən biridir. 64 km uzunluğundadır və təbii mənzərəyə malikdir.

"Qafqaz" yolu, Rusiya
 
Bu dar yol dağlardan Soçi və Ritsa gölü arasında əlaqə qurur. Həm qorxulu, həm də təsirli bu yolu görməyə dəyər.

Eshima Ohashi körpüsü, Yaponiya
 
Yalnız bir körpü olmasına baxmayaraq, çox təhlükəlidir. Körpü Sakaiminato və Matsueyi bir-birinə bağlayır. Təxminən 1,7 km uzunluğu, 11,3 metr eni var. Qarşıdan baxdıqda ora çıxmaq qeyri-mümkün görünür. Körpü, altından böyük körpülərin keçişini təmin edə bilmək məqsədi ilə bu şəkildə inşa edilib.

Island County, Vaşinqtonda bir körpü

Xəbər lenti