Anar Eyvazovun Mynews.az-a ünvanladığı həyat hekayəsini təqdim edirik:
Yenə tənha gecələrdən birindəyəm sənsiz...
Qaranlıq otağımda, pencərəmin qabağında oturub səhərin al-əlvan işıqlarına baxıram. İşıqlarda səni görürəm. Bəzən ətrafdakı binalardan gələn işıqlar kimi bir neçe addımlıqda olursan, bəzənsə səhərin ən ucqar yerində sayrişan zərif işıqlar qədər uzaq, əlçatmaz olursan...
Uzaqda sayrışan zərif işıq mənim sozalan ümidimə çevrilir...
Hər gün bir az daha azalan ümidimi bir az daha azaldır. Birdən gecənin sükutu pozulur. Məni kədərdən, dərddən, qüssədən bir neçə anlığa da olsa ayırmaq üçün leysan yağışı başlayır. Yox, bu, mənim dərdimə ağlayan göylərdir. Bax, gör nece də ağlayırlar. Göylər sənin biganə qaldığın məhəbbətimə yas tuturlar. Sanki yanağıma süzülə bilməyən göz yaşlarımın heyifini çıxmaq istəyirmiş kimi onlar yeri var gücləri ile döyəcləyirlər. Dərdlərimə həmdəm olub, göz yaşı tökürlər mənim əvəzimə. Gözüm qolumdakı saatın fosforlu əqrəbinə ilişir. Onlar da zərif ümidlərim kimi zəif işıldayaraq 4-ə 21 dəqiqə qaldığını göstərir. Bilirsən, böyük əqrəbi özümə bənzədirəm. Heç yorulmadan mənim sənin arxanca düşdüyüm kimi kiçik əqrəbin arxasınca, ona qovuşmaq üçün qaçır. Amma kiçik əqrəbi sənə oxşada bilmirəm. Kiçik əqrəb böyük əqrəblə görüşməyə nə qədər can atırsa sən məndən qaçmağa o qədər can atırsan. Gün keçdikcə məndən daha da uzaqlasırsan. Dərindən köks ötürüb özümü danlayıram. Mən səni bir an da olsa ağlımdan cıxarmaz ikən, sən məni bir an da olsa ağlına gətirmirsən. Çox sevdiyim birinin sözü yadıma düşür. "O məni düşünməz, öz kefində ikən mən niyə onu düşünüb dünyamı qaraldım?". Ona haqq verərək səni xatırladığım üçün özümə acığım tutur. Nə mənası bundan sonra səni düşünməyin? Nə verəcək mənə? Daha çox kədər, daha çox qəm, qüssə. Bilirəm, bundan sonra hər şey yersizdir, hər şey mənasızdır. Sən artıq başqasını sevirsən. Saata baxıram, yarım saat daha keçib. Bitmək bilməyən uzun gecənin ahənginə uyğun hələ də davam edən yağış mənə "Ala gözlüm, səndən ayrı gecələr uzun olur, neyləyim?" mahnısını oxuyurlar. Artıq göz qapaqlarım sənin yoxluğuna tab getirməyib çökən ruh halım, mənəviyyatım kimi yuxusuzluğa tab gətirməyib çökürlər. Gözlərimi uzaqda sayrışan işıqlardan ayırıb yatağıma girirəm. Birazdan müvəqqəti ölum gəlib məni qanadlarına alıb aparacaq.