Gündən-günə inkişaf edən texnologiya sahəsi hər nə qədər həyatımızı asanlaşdırsa da, azadlığımızı da bir o qədər məhdudlaşdırır. Belə ki, nəhəng texnologiya şirkəti “Google” insanların atdığı hər addımı izləyir.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, şirkət bunu ağıllı telefonlarda yüklənən mobil proqram vasitəsilə edir.
“Google” şirkəti “İOS” və ”Android” tipli cihazlardakı proqramla atılan hər addımı izləyir və bunu qeyd formasında saxlayır.
Şirkətin xəritə xidməti olan “Google Maps” proqramına elektron ünvanınızla daxil olduqda son zamanlarda getdiyiniz bütün məkanlar qırmızı işarələrlə xəritədə göstərilir.
Lakin şirkət bu qeydlərin sadəcə istifadəçilər tərəfindən görülə biləcəyini özəlliklə vurğulayır. Yalnız elektron hesabınızın şifrəsinin başqa birinin əlinə keçməsi durumunda getdiyiniz yerlərin bilgilərini başqa bir şəxs görə bilər.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub