İnsanların intim həyatı ilə bağlı qalmaqalların Viktorian dövründə yaranması haqda gəzən fikirlər yanlışdır. Çünki, qədim sivilizasiyalarda baş verən qalmaqallar indikilərdən də qızğın, ədəbsiz və əxlaqsız idi.
Publika.az qədim dünya tarixinin ən qaynar qalmaqalları haqda yazını təqdim edir:
Uğursuz məhəbbət üçbuçağı
Tarixə qalın hərflərlə yazılan qalmaqalların biri, Çinin birinci imperatorunun adı ilə bağlıdır. Onun hökmdar anası Çjao ölkənin baş naziri Lü Buve ilə eşq macərası yaşayırdı. Bir gün Çjao məşuquna etiraf etdi ki, yeni macəralar istəyir. Buve ölkənin Lao Ay adlı ən yaraşıqlı gəncini tapıb, məşuqəsinin hüzuruna gətirir. Lakin öncə gənci kastrasiya edib, saçını və saqqalını qırxır. Məhəbbət üçbucağının uğursuz eşq planı aşkara çıxır. Sərt Çin qaydalarına əsasən hökmdarın məşuqu olmağa razılaşan Lao Ay öz ailəsi ilə birgə edam edilir. Hökmdar Çjao və nazir sevgilisi isə, sürgünə göndərilirlər.
Suy sülaləsinin hakimiyyətə gəlişi
Qədim Çinin qalmaqalları bitib-tükənmək bilmirdi. Məhz bu qalmaqallar da, bir sülalənin hakimiyyət tarixindən silinməsinə səbəb oldu.
Tarixi mənbələrə görə, Sya Tzi adlı ailəli kişi Çin kralı Lin Çen və ölkənin digər iki kişi nazirilə eşq macərası yaşayırmış. Həm kral, həm də nazirlər Sya Tzi ilə münasibətlərindən ağızdolusu danışırdılar. Bu isə, Tzinin oğlunu çox qəzəbləndirirdi. O, hökmdar sarayında yanğın törədib, kralın ölümünə səbəb olur. Təşvişə düşən nazirlər isə, hakimiyyətə gələn Suy ailəsinin tərəfinə keçirlər.
5 arvadlı bir ərli Roma imperatoru
Roma imperatoru Helioqabalın bütün həyatı qalmaqalla dolu idi. O, 14 yaşı tamam oan kimi kraliça nənəsinin təkidilə, hakimiyyətə gəlmişdi.
Yüngül əxlaqlı kralın qanuni 5 arvadı və 1 əri var idi. Mənbələrə görə, kralın sarayı hərəmxananı xatırladırdı və o, hər zaman qonaqlarını sarayın girəcəyində çılpaq qarşılayırdı. Nəvəsinin əxlaqsız həyatından bezən kraliça nənə çox keçmədən, Helioqabalı edam etdirmişdi.
Homoseksualların məhəbbəti
Qədim Yunanıstanda eynicinslilərin sevgisi müqəddəs sayılırdı. Hətta homoseksual aşiqlərin şərəfinə abidələr ucaldılır, hekayələr yazılırdı. Atalarının ölümündən sonra Hippi və Hipparx qardaşları taxta gəlirlər. Hipparx Harmodi adlı gəncə aşiq olur. Harmodi isə kralın öz hakimiyyətindən istifadə edərək, onu eynicinsli sevgilisi Aristogitondan ayıracağından qorxurdu. Sevgililər kralı tələyə salıb, öldürür, sonra isə tikələrə ayırırlar.
Aşiqlərin cəsarətindən ilhamlanan yunan xalqı, onların şərəfinə abidə ucaldır.
Mermnad sülaləsinin yaranma tarixi
Kandavl müasir Türkiyənin cənubunda yerləşən qədim və qüdrətli Lidiya dövlətinin hökmdarı idi. Herodot Kandavl haqda yazırdı: “Bu hökmdar öz arvadı Nisanın gözəlliyilə o qədər qürür duyurdu ki, öz cangüdəni Hiqdən arvadı soyunanda ona baxmağı xahiş edirdi. Bundan xəbər tutan Nisa bərk hiddətlənib, Hiqin qarşısında seçim qoyur: “Ya, məni çılpaq gördüyün üçün səni edam edəcəm, ya da mənimlə evlənəcəksən”.
Herodotun yazılı mənbələrinə güvənsək, Hiq ikinci təklifi seçib, Kandavlı qətl edir. Özü isə, Nisa ilə evlənib, hakimiyyətə keçir və Mermnad sülaləsinin əsasını qouyur.