Asan tapşırıqları tez yerinə yetirə bilən birdəfəlik sadə robotlar bir çox hallarda yararlı hesab edilir. Məsələn, bura dolanbac yollarla müəyyən yerə daxil olmağı və ya keçməyi aid etmək olar. Bu vəziyyətdə robotlar yaratmaq məqsədəuyğun olmasa da, məftil və bir-iki mühərrikdən ibarət sadə mexanizm yaratmaq mümkündür.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu məqsədlə Danimarka İnformasiya Texnologiyaları Universitetinin mütəxəssisləri belə robotları 13 dəqiqəyə yaradan sistem hazırlayıblar.
Belə robotun yaradılması üçün proqrama ilkin kodları daxil edərək robotun qarşılaşacağı vəziyyəti göstərmək tələb olunur. Bundan sonra sistem tapşırığın öhdəsindən gəlmək üçün çıxış yolu taparaq məftili uyğun şəkildə əyir və ona bir və ya bir neçə mühərrik bərkidir.
Robotlar yaradan sistem tədricən təkmilləşərək nəticədə bütün tələblərə cavab verən və dar dəliklərə daxil ola bilən robot ərsəyə gətirir.
Mütəxəssislər əmindir ki, onların istehsal texnologiyası kosmosda da tətbiq oluna bilər. Belə ki, ora çoxlu kiçik robotların daşınması əvəzinə, yerindəcə sadə mexanizmlərin hazırlanması məqsədəuyğun hesab olunur.
Hazırda mütəxəssislər ideyanı inkişaf etdirərək robotların sensor, kamera və s. ilə təchiz edilməsi üzərində düşünürlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub