Mynews.az Xezerxeber-ə istinadən məlumatına görə, əlləri olmayan qeyri-adi heyvan skeletini paytaxt sakini öz evindən tapıb.
43 yaşlı Ağbəniz Səlimova bildirib ki, evlərini təmir üçün sökən zaman evin zirzəmisindən bu skeleti tapıblar. Onu ilk dəfə görəndə qorxsalar da, sonradan onun hansı heyvana məxsus olduğunu öyrənməyə çalışıblar. Ancaq bir nəticə əldə edə bilməyiblər.
Ağbəniz Səlimova deyib ki, heyvanı daha çox nəsli tükənən dinazavura bənzəniblər.
Hətta heyvan barəsində kiçik bir araşdırma da aparıblar. Adı naməlum olan bu heyvan ehtimallara görə, daha çox evlərin zirzəmisində yaşayır.
Maraqlısı budur ki, Səlimovlar ailəsi 25 ildən çoxdur bu evdə yaşayır və evi də özləri tikiblər. Bu illər ərzində evdə nə qeyri-adi səs eşidiblər, nə də ölü heyvan qoxusu hiss ediblər. İndi isə ailə heyvanın araşdırılması üçün onun skeletini aidiyyati qurumlara təhvil verməyi planlaşdırırlar.