Mynews.az Axşam.az-a istinadən məlumatına görə, Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.
Bundan başqa, oğlanlara verilən adlar arasında Ümid, Nihad, Raul, Emil, Amin, Nihad, Ramal, Səid, Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm, Onur, Cəsur, Fateh, Toğrul, Cavidan, Amir, Mətin, Renat və s. adlar üstünlük təşkil edib.
Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlardan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zeynəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Aylin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla, 494-nə isə Ayan adı verilib.
Həmçinin, qız uşaqlaraına verilən adlar arasında Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fidan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri, Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi adlar üstünlük təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub