Prezidentin kiçik qızı, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın qaynanası İrina Pomelova ilə fotosu yayılıb.
Mynews.az BiG.AZ-a istinadən xəbər verir ki, İ.Pomelova gəlini və oğlu Səməd Qurbanovla birgə gün keçirib.
Onların fotosu hamı tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Səməd Qurbanov ailənin yeganə oğlan övladıdır. Onun Valentina adlı bacısı da var. S.Qurbanovun mərhum atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ideyası ona məxsusdur, onu həm də xeyriyyəçi kimi tanıyırlar.
Rusiyanın ən zəngin azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburqun "Evraz" Şirkətlər Qrupunda, Nijnı Taqil, Qərbi Sibir və Kuznetsk metallurgiya kombinatlarında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İrina Pomelova davam etdirib. Onun həmsahib kimi fəaliyyət göstərdiyi «Koros» Şirkətlər Qrupuna iri meşə şirkətindən əlavə 3 plastmass zavodu daxildir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub