Bu yazıda cinlərlə, şeytanlarla bağlı müxtəlif kitabların müəllifi Vahid Əbdüs-səlam Balinin cinlərlə bağlı verdiyi maraqlı məlumatlarla tanış olacaqsınız.
Cinlər insanları qorxutmağı, vəsvəsə və şübhəyə salmağı, aciz və çarəsiz qoymağı sevirlər, özlərinə yalvartdırmağı xoşlayırlar. Xələf, sələf məsələsi bu mövzuda təsirli bir səbəbdir. Yəni, insan yaradılmazdan əvvəl yer üzündə cinlərin hakimiyyəti vardı. Məntiq, mühakimə, etirafdan uzaq cin icmaları yer üzünü fəsad və müharibəyə boğdular. Sonra yer üzərinə xəlifə olaraq insan gəldi. Kafir cinlər insanlara zərər verərkən bu zərər insandakı müəyyən xüsusiyyətlərə görə dəyişir. Cinlər hər bir insana zərər verə bilmirlər. Cin insana təsir etdikdə, onu qorxu hissinə və pis vərdişlərə sövq edir. Yəni, sıxıntı və qorxu, narahatlıq hissi ilə insan ibadətdən ayrılır, spirtli içkiyə, pis vərdişlərə, intihar etmə hissinə düçar olur. Belə bir cin təsirinə məruz qalan insanlar yaxşı niyyətli, ixlaslı və metafizik aləmə bələd olan adamlara rast gəlsə, şəfa tapar.
Cinin zərərsiz hala gətirilməsi mümkündürmü?
Bu sahə ilə məşğul olan insanlar bildirirlər ki, bəli, mümkündür. Çünki cinin başqa yerə qaçmaması medyumluk qabiliyyəti olan adamın gözlərinin hünəri ilə təmin edilir. Ancaq burada maddi gözdən söhbət getmir. Çünki biz cinləri beş duyğu orqanlarımızdan biri olan göz ilə görmürük. Maqnetik axın əl, göz və nəfəsdən fərqli tezlikdə çıxır. Gözdən çıxan bir şüa, cini olduğu yerdə sabitləyir, tərpənməz hala gətirir, cini olduğu yerə sanki mismarlayır. Bəlkə cin müxtəlif cildlərə girə, qorxu və səs verən görüntü göstərə bilər, amma insanın bu mövzudakı üstünlüyü mübahisə edilməz. İnsanlar arasında məşhur "göz həbsi" ifadəsi də məhz bu hadisə ilə bağlıdır.
Cinlər insanlara niyə hakim olur?
Hədsiz qəzəb, hədsiz qorxu, nəfsin həddindən artıq istəklərinə düşkünlüyü və həddindən artıq qəflət cinləri insanlara çəkir. Kişi cinlərin insanlardan bir qadına, qadın cinin də, insanlardan bir kişiyə aşiq olması mümkündür. İnsanın qaynar su tökərək, yüksək bir yerdən üstünə düşərək cinə haqsızlıq, pislik etməsinə görə cin insana yoluxar. Həmçinin də cin səbəbsiz yerə insanı vuraraq ona zülm edər. Cinlər insanlardan ancaq bu dörd halda xoşlanırlar. Hədsiz qəzəb, hədsiz qorxu, nəfsin həddindən artıq istəklərinə düşkünlüyü və həddindən artıq qəflət. Yenə də Vahid Əbdüs-səlam Balinin əsərinə görə, cinin insanı vurmasının digər xəstəliklər kimi özünəməxsus əlamətləri var. Bu səbəbdən onlara "cin” deməkdənsə “üç hərfli” deməyi üstün tutarıq. Yəni adlarını anarkən belə başımızın üzərində olacaqlarına inanırıq. Əslində bu varlıqların evlənmələri, yemək yemələri, ibadət etmələri kimi insanlara bənzəyən bir çox xüsusiyyəti var. Ancaq aramızda incə bir fərq var. Biz onları görə bilmirik, onlar bizi görüb, təsir edə bilir. Dolayısıyla, sadəcə adlarının anıldığı yerdə deyil, hər yerdə olurlar. Yəni cin deyil, üç hərfli deməklə sadəcə psixologiyamıza rahatlatmış oluruq.
Cinvurmanın əlamətləri
Davamlı baş ağrısı - ancaq bunun şərtləri var. Bu ağrının səbəbi, göz, qulaq, burun, boğaz və ya mədə xəstəliklərindən olmamalıdır. Üz çevirmək - Bu, Allahı zikr, namaz, oruc kimi fərz ibadətlərdən üz çevirməkdir. Dağınıqlıq - Bu, zehni dağınıqlıqdır. Tənbəllik - Bu vəziyyətdəki adam heç nə etmək istə