ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən GMMB şirkətində kuryoz olay baş verib. Əsasən, robot istehsalı ilə məşğul olan və müştəriləri arasında sabiq prezident Barak Obamanın da olduğu şirkətin son istehsalı fiaskoya uğrayıb.
Moderator.az xəbər verir ki, mühafizə və assisentlik məqsədilə hazırlanan robot sınaq üçün şirkətin həyətində uyğun funksiya çərçivəsində xidmətə buraxılıb. Lakin az sonra hamını heyrətləndirəcək qəribə olay baş verib. Robot birbaşa şirkətin həyətindəki hovuza tərəf gələrək, özünü suya tullayıb. Hadisə zamanı robotun alqoritmləri tamamən pozulub və o işlək funksiyasını itirib.
Bu hadisə ABŞ-da çox böyük marağa səbəb olub. “Facebook” və “Tvitter”də əsas gündəmi zəbt edib. İstifadəçilər kinayə ilə “robotun intihar etdiyini”, “ağır zəhmətə dözmədiyini” bildirirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub