Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.
Axşam.az "ARB 24"ə istinadən xəbər verir ki, Bəxtiyar uşaq yaşlarından Qazaxıstanda ucqar kəndlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.
B.Qurbanov “Orada biraz aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım. Mən torpağı, daşı götürüb yeyirdim. Büllurda turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur” deyib.
Sakin bildirib ki, dişim nəyi kəsirsə yeyirəm, qorxum yoxdur:
"Açığı deyim, o şiferi də yeyərəm, kərpici də, kubiki də... Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam
Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm".
O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub