Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
Varlı ərəblər 10-dan çox bahalı avtomobillə ova gediblər.
Ərəblər əsasən Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər canlıları ovlamaqla məşğul olublar.
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.