Oxuyan insanı dəli edən qədim tarixin ən təhlükəli tilsimli kitabı haqqında danışacayıq.
Mynews.az a24.az-a istinadən təqdim edir:
Tarix boyu bu kitabı oxuyanlar, Hitlər də daxil olmaqla dəli oldu.
“Oxucunun ruhunu belə ələ keçirən, fövqəltəbii qüvvələrdən bəhs edən, cadu, tilsim və digər varlıqlarla bağlı maraqlı məlumatların olduğu kitab” ifadələri çox kitab haqqında deyilib.
Bir sual düşündürür, bu kitab yazılanları gerçəkləşdirmə qüdrətinə həqiqətən malikdirsə?
Nekronomikon Əl Həzrət adlı ərəb səyyahı tərəfindən miladdan sonra 700-ci illərdə Dəməşqdə yazılıb.
Kitabın orijinalı tapılmayıb, hazırda müəyyən bir qismi əllərdə gəzir. Kitabın şöhrətli olmasına səbəb onun həqiqətən qorxunc detallar saxlaması ilə bağlıdır.
Kitab sehrli kitab kimi qəbul edilir.
Ərəbin Kitabı, Ölülərin Çağırışı Kitabı, Ölü Adların Kitabı, Dəli-divanə Kitab kimi müxtəlif adlarla tanınan kitabın insanlara dəhşətli fikirlər aşıladığı, qaranlıq həqiqətləri ilə oxuyanları dəliliyə və hətta ölümə sürüklədiyi qeyd edilir.
Kitabda olduqca maraqlı və qorxuducu detallar var.
Kitabda Əl Həzrətin illərlə çöllərdə axtarıb, çox qədim gündəlikləri tapması və ağlını itirməsindən sonra pis ruhlarla qarşılaşması, insanların yer üzünə gəlməsindən əvvəl baş verən azothoth dövrü, ruhlar aləmi ilə necə ünsiyyət qurulacağı və ölülərin necə hərəkətə gətiriləcəyi haqda məlumat verilir.
Bəs bu dəhşətli kitabın içində, nələr var, nələr danışılır?
Tufandan öncə inanılmaz faktlar olub. Əl Həzrət itmiş keçmişi haqda danışır, həm də Tövratdakı “Yaradılış” hissəsində mifoloji qaynaqlar arasında qəti oxşarlıqlar olmasına baxmayaraq, Tövrat bunları gizlədib. Bu günə qədər edilən tərcümələr isə müqəddəs kitabın əslindən çox fərqlənir. Burada keçmişin və dinlərin mənbəyinin iç üzü detalları ilə geniş şəkildə açılır.
İnsan dünyadan əvvəl başqa bir yerdəydi. Buna başqa kürələrdən gəlmə deyilir. Neo-Platonist inanclara görə insanların həmin kürələrdə-dünyaya bənzər ulduzlarda özlərinə məxsus həyat tərzləri olub. Bu həyat tərzinin xüsusiyyətləri kosmik iyerarxiyanın təkamül kursu ilə müəyyən edilir.
Xüsusi zamanların müəyyən olunması və xüsusi simvollardan istifadə edilərək keçmişlə əlaqə qurmaq və onlardan istənilən kosmik məlumatları almaq, keçmişə və gələcəyə hakim olmaq mümkündür. Amma bu, təhlükəli bir yoldur. Çünki insan alacağı məlumatı daşıya bilməli və bunun fərqində olmalıdır.
Ekspertlərə görə, Nostradamusun məşhur “Yüzlüklər” kitabının ilk iki dördlüyündə danışdığı metodun mənbəyi Nekronomikondan alınıb.
Deyilənlərə görə, Nostradamus gələcəyi görmə yollarını Nekronomikondan öyrənib.
Nostradamusun yazdığı ilk iki dördlük belədir:
Gecə yarısı gizli otağımda üçayaqlı çəltik stolun üstündə oturub tək işləyərkən,
İnsansız yerdən kiçik bir işıq gəlir. Fikrimi işıqlandırır, taleyimin boş yerə olduğuna inanmıram.
Əsa əllərimin arasında, Branches şəraitində söhbət gedir, su hərəkətə gəlir, böyük bir qorxu, daxildən bir səs, fərqli bir titrəmə, ilahi işıq müqəddəs xəbər artıq yanımdadır.
Kitabı oxuyanlar necə olur ki, dəli olur?
Nekronomikonun adamı dəli etməsi məsələsi bir az fərqlidir. Bu kitabı oxuyandan sonra bildiyin bütün həqiqətləri unutmalı olursan. Kitabdan öyrəndiklərin, oxuduqların səni şok edir və beynindəki fikirlərə məhkum edilirsən.
Qorxunc həqiqətlərlə dolu olan bu kitabın fərqli versiyaları bazarda satılmaqdadır.
Papa tərəfindən qadağan olunmuş kitabın Vatikanda saxlanıldığı və surətinin da İngiltərə Muzeyində gizli mühafizə edildiyi haqda iddialar var.
Bəzi mənbələr isə Adolf Hitlerin mistik əlaqəsi nəticəsində kitabın bir surətini ələ keçirdiyini qeyd edirlər.
Son olaraq kitabın müəllifi Çılğın Ərəb deyir ki;
“Bu gizli səhifələr Babilistan qurulmadan əvvəl qədim inanca sahib olan kahinlərə məxsusdur və öz dillərində yazılıb. Mən bunu öz ölkəmin qızıl dilinə çevirdim ki, hər kəs bilsin. Mən bu yazı ilə artıq mövcud olmayan Urun 7 əfsanəvi şəhəri ərazisində gəzərkən qarşılaşdım. Tanrılar arasında gedən müharibələr haqqında məlumat verilirdi. Keşişlərin gördüyü qorxu və çirkinlik burada izah edilir, onların səbəbləri və təbiətləri, doğmaları, zolaqların sayları müqəddəsdi, sözlər müqəddəsdi, şeytani insanlar üçün ən yaxşı təsir vasitəsidir. Təbii olaraq o şəhərin sehrbazları bunları perqamentlərə, vazalara və ya havaya yazdılar, beləliklə Tanrılar verilən sözün kəlmələrini yada saxlaya biləcəklər.
Bu sözlərə qulaq verin və xatırlayın! Çünki xatırlamaq ən mühüm və ən təsirli tilsimdir, keçmişi xatırlayan olmaq gələcək şeyləri xatırlamaqla eynidir. Və bu yazını hazır olmayana göstərməyin, insanı və heyvanı dəli edir”.