Cadu mövcuddur, lakin onunla bağlı çoxlu xurafat və batil inanclar da var. Fələq surəsində belə deyilir: "Düyünlərə üfürən (cadugər) qadınların şərrindən".
Ayədən görünür ki, ipə düyün vurub üfürən şəxs sehrbaz və falçı sayılır. Şübhə yoxdur ki, sehrbazlıq və falçılıq da küfrdür. Mynews.az zikr.az-a istinadən bildirir ki, uca Allah buyurur: "Onlar Suleymanın səltənəti haqqında şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"- deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!" (əl Bəqərə, 102).
Sehrbazlıq ən böyük günahlardandır. Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin". Onlardan birinin də sehr olduğunu qeyd etmişdir". (Buxari və Muslim).
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmçinin falçıya inananın küfr etdiyini, yanına gedib inanmayanın isə 40 gün namazının qəbul olunmadığını bildirmişdir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub