Mynews.az-ın xezerxeber.az-a istinadən məlumatına görə,Mingəçevirdə yaşayan Fidan Yusifzadə bu qeyri-adi bacarığı ilə digər həmyaşıdlarından fərqlənir. İki qardaşın yeganə bacısı olan qızcığaz, 4 il öncə bu istedadı özündə kəşf edib. Şəhər sakini sözləri, cümlələri tərsinə çevirmək bacarığını müxtəlif filmlər izlədikdən sonra üzə çıxdığını deyir. Sözü qəbul etdikdən sonra dərhal beynində çevirən Fidan Yusifzadə, hətta rəfiqəsinə də tərsinə oxumağı öyrədə bilib.
Fidan Yusifzadə qeyri-adi bacarığı başqalarına da öyrədə bilər. Onun üçün səy göstərmək lazımdır.
Doğmaları əvvəllər Fidanın sözləri, cümlələri tərsinə oxunmasına fikir verməyiblər. Bu vərdişin ötəri olduğunu düşünüblər. Hətta anası onun dediklərini anlamadığını və belə danışığına irad da tutub. Fidan oxuduğu məktəbdə istedadını nümayiş etdirən zaman isə həm müəllimlərin, həm də sinif yoldaşlarının diqqətini çəkib.
14 yaşlı Mingəçevir sakini qeyri-adi bacarığını bununla yekunlaşdırmaq istəmir. O, ingilis, rus dillərində olan sözləri tərsinə oxumaqla daha da fərqlənmək fikirindədir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub