"Facebook"un səhmdarlarından ibarət bir qrup Mark Zukerberqi idarə heyəti sədri vəzifəsindən uzaqlaşdırmaq təklifini ediblər.
Mynews.az primetime.az-a istinadən xəbər verir ki, bu təklif onunla əsaslandırılıb ki, idarə heyətindən asılı olmayan sədr, şirkət rəhbərlərini daha yaxşı idarə, korporativ idarəetməni yaxşılaşdıra və səhmdarlara lazımi inkişaf proqramını tərtib edə bilər. Sözügedən təklif "SumOfUs" idarə komissiyasının istehlakçı qrupunun üzvü olan səhmdarlarından gəlib. Sözügedən təşkilat özünü, qlobal problemlərə görə digər şirkətləri cavabdehliyə səsləyən internet cəmiyyət kimi qələmə verir. Həmin problemlərə iqlim dəyişikliyi, insan hüquqlarının pozulması, rüşvət və s. kimi qlobal problemlər daxildir. "SumOfUs"ın kapital bazarının məsləhətçisi Lisa Lindsley bildirib ki, 333 minə yaxın insan, "Facebook"da korporativ məsuliyyətin yaxşılaşdırılması tələbini imzalayıb. Onlardan 1500 şəxs sosial şəbəkənin səhmdarıdır. Lisa Lindsley qeyd edib ki, "SumOfUs"ın 4 nəfər üzvünün sahib olduğu səhmlər, Mark Zukerberqi sözügedən vəzifədən azad etmək təklifini irəli sürməyə imkan verir. Lakin buna baxmayaraq "Facebook" çətin ki, bu təklifə razılıq versin. Belə ki, Mark, şirkətin ən çox səhm sahiblərindən biridir və bu təklifin yerinə yetirilməsi, sosial şəbəkənin maliyyə göstəricilərinə təsir edə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub