Bu araşdırmanın nəticəsi iş dünyasında olan bəzi qaydaların dəyişilməli olduğunu göstərir.
Mynews.az bizimyol.az-a istinadən xəbər verir ki, Oksford Universitetindən olan tədqiqatçı Paul Kelley səhər saat 10-dan tez işə başlamağın nə qədər çətin olduğu iddialarını elmi üsullarla sübut etməyə nail olub. Kelley deyir: “55 yaşdan əvvəl insanların bioloji saatları normal 8-9 saatlıq iş rejimi ilə tamamilə əksdir və bu da onların fəaliyyətləri, əhval və mənəvi sağlamlıqları üçün ciddi təhlükə yaradır“.
Həm iş yerləri, həm də təhsil müəssisələri...
Bu məlumatdan yola çıxaraq, Kelley müəyyən edir ki, ümumdünya iş saatlarında qlobal dəyişikliklərə getmək lazımdır. Bu, təkcə iş saatlarına aid deyil, şagirdlərin də məktəb saatlarına aid edilməlidir. Tədqiqatlar göstərib ki, 10 yaş kateqoriyasında olan uşaqların əksəriyyəti çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşayır və pis nəticələr göstərir. Ən yaxşı təhsil nəticələri isə dərsə 11-dən sonra başlayan uşaqlarda müşahidə edilib. Kelley iddia edir ki, şagirdlərin dərsə günün ikinci yarısından etibarən başlaması onların qat-qat daha məhsuldar olmalarına dəlalət edə bilər.
“Hər kəs yuxuludur. Ümumilikdə biz yuxulu bir cəmiyyət əldə edirik. Bu isə hər birimizə fiziki və mənəvi təsir göstərir. Biz gün ərzində özümüzü əzgin, yorğun hiss edir, bəzi hallarda buna görə əsəb gərginliyi də keçirə bilirik. Bu, qlobal məsələdir. Hər kəs əziyyət çəkir və heç kim bu məsələni həll etmir”.