Qadınlara necə kişi lazımdır: intellektual, seksual, yoxsa? Bürclər ÜZRƏ SEÇİM

926
Qadınlara necə kişi lazımdır: intellektual, seksual, yoxsa? Bürclər ÜZRƏ SEÇİM

Hər bir qadın ideal kişi ilə ailə qurmağa çalışır. Əlbəttə, hər kəsin ideal anlayışı tamamilə müxtəlifdir. Bəs qadınlar seçim edərkən nəyə əsaslanırlar? Siz təəccüblənəcəksiniz, amma bu seçim bürclərin xarakteristikasından çox asılıdır.

Astroloqlar bürclərə görə qadınlar kişilərdə axtardığı xüsusiyyətləri öyrənib.

Qoç: İntellektual

Qoç özünə məhz belə ömür-gün yoldaşı axtarır. Bu bürcün nümayəndələri üçün sevib-seçdiyi şəxsin onunla istənilən intellektual mövzularda aktiv söhbət edə bilməsi vacibdir. Bundan başqa onlar kişilərdə inam və düzlük axtarır.

Buğa: İradəli kişi

Buğalar çox sadiq partnyordur. Onlara romantika və ehtiras haqqında məlumatı olan yox, həm də həqiqətən güclü iradəli kişilər lazımdır.

Əkizlər: Vicdanlı kişi

Bu zodiak işarəsinə məzəli, şən-şux, eyni zamanda daim vicdanlı olan kişilər lazımdır.

Xərçəng: Şəfqətli kişi

Bu bürcün təmsilçisi xaraktercə onunla oxşar olan həyat yoldaşı axtarır. O, öz ayaqları üstündə dayan bilən, səmimi və vicdanlı olmalıdır.

Şir: Şən kişi

Bu bürcün nümayəndələri naz-qəmzə etməyi xoşlayır. Odur ki, onlar özlərinə oxşar kişi axtarmağa üstünlük verir.

Qız: Dözümlü kişi

Bu bürclərə həmişə etibarlı, ehtiyac olan anda onları dəstəkləyəcək kişi lazımdır.

Tərəzi: Loyal kişi

Bu zodiak işarələrinə onun əhval-ruhiyyəsi ilə uyğunlaşa biləcək, lakin bu zaman öz nöqteyi-nəzərini müdafiə etmək iqtidarında olan kişi lazımdır.

Əqrəb: Ehtiraslı kişi

Bu bürc altında dünyaya gələn qadınlar güclü cinsi enerjiyə malikdir, ona görə də tərəf müqabili onların təbiətə uyğun olmalıdır.

Oxatan: Ehtiraslı kişi

Bu bürcün təmsilçisinə yumor hissi ilə gərginliyi aradan qaldırmaq qabiliyyəti olan kişi lazımdır. Həmçinin qarşı tərəf onun əhval-ruhiyyəsini nə vaxt qaldırmalı olduğunu hiss etməlidir.

Oğlaq: Zəhmətkeş kişi

Bu bürc altında dünyaya gələn qadınlar kişilərdə zəhmətkeşlik, bacarıq və ağıl axtarır.

Dolça bürcü: Nəcib və nəzakətli

Bu bürclər alicənab, mehriban və ehtiraslı tərəf müqabili tapmaq istəyir. Dolça qadınları yalnız belə kişilərlə özünü arxayın və inamla hiss edə bilər.

Balıq: Romantik

Onlara güclü təxəyyülü olan rəhmli və ciddi tərəf müqabili lazımdır. Ən əsası isə əks cinsin nümayəndəsi ona öz hisslərini göstərməyi bacarmalıdır!

Əlbəttə ki, bu siyahı bəzi fikir ayrılıqlarına səbəb ola bilər, amma bütövlükdə bu, yaxşı sizin üçün əla şpalqalkadır.

Xəbər lenti