Qadınlar düşünür ki, kişilərin diqqətini çəkmək o qədər də çətin deyil. Amma bəzi halda bu istənilən kimi alınmır.
Qadınlarda kişiləri cəlb edən 5 əsas amili təqdim edirik:
1. Açıq-saçıq geyim
Bəzən xanımlar kişilərin diqqətini açıq geyimlə çəkməyi düşünür: uzun yarıq, çox qısa ətək, dekolte, al-əlvan rəng, dar libas. Əgər siz təkcə diqqət çəkmək yox, eyni zamanda arzularınızın kişisini tapmaq istəyirsinizsə, seksual görünməyin. Daha çox eleqant geyimə üstünlük verin. Elə geyinin ki, sizi arzulamasınlar, sevsinlər.
2. Model kimi görünmək
Bu artıq bir əfsanədir. Qızlar modellər kimi görünmək üçün pəhriz saxlayırlar. Əslində isə kişilərə gözəl və məsum görünüş lazımdır. Onların xoşuna baxımlı saçlar, sağlam dəri, səliqəli geyim, normal bədən forması gəlir.
3. Kişiyə tabe olmaq və ya olmamaq
Bəzən qadınlar düşünürlər ki, münasibətdə olduqları kişi onların qərarlarına müdaxilə etməli, bütün maddi xərclərini ödəməlidirlər. Əslində isə xoşbəxt münasibət üçün inam, bir-birinə dəstək, arxa olmaqdan qorxmamaq lazımdır. Qadın kişi yanında qərar qəbul etməyi, onun qərarlarında məsləhətçi olmağı və başını onun çiyninə rahat qoya bilməyi bacarmalıdır.
4. Dəlisov qadın
Bəzi xanımlar elə düşünürlər ki, kişilər ağıllı qızları sevmir. Buna görə də özünü kişilərin yanında qəribə aparırlar. Kaliforniyada aparılan bir təcrübənin nəticəsində sübut olunub ki, kişilər axmaq, dəlisov yox, məhz elə ağıllı qadınları bəyənirlər. Kişilər ağıllı qadınlarla uzunmüddətli münasibətə girirlər.
5. Hədsiz makiyaj
Bəzən qadınlar düşünürlər ki, makiyaj nə qədər çox olarsa, kişinin xoşuna bir o qədər də çox gələrlər. Amma kişilər az makiyaj edən, təbii görünən xanımları bəyənirlər. Onlar az makiyajlı xanımları daha cazibədar hesab edirlər. (axsam.az)