Kişi və qadın arasındakı münasibətlərin davam etdirilməsində əsas yük qadınların üzərinə düşür. İnsanlar nə qədər bunun əksini sübut etməyə çalışsalar da, nəticə etibarilə qadın ailənin sütunudur. Müdrik qadın isə xarakterindən asılı olmayaraq istənilən kişinin xəyallarını bəzəyir.
Publika.az müdrik qadın olmağın 8 yolunu təqdim edir:
1. Müdrik qadın öz daxili keyfiyyətlərinə ən az xarici gözəlliyi qədər önəm verir
Yetişkin qadın öz xarici görünüşü ilə qürur duysa da, bütün zamanını gözəlliyinə gözəllik qatmağa sərf etmir. O, daxili aləmini zənginləşdirib, kitab oxuyub, müxtəlif kurslara yazılır. Müdrik qadın durmadan dünyagörüşünü və intellektini artırmağa səy göstərir.
2. Müdrik qadın öz ehtiyaclarını ödəmək məsuliyyətini tamamən kişiyə həvalə etmir
Bu gün bir çox gənc xanım seriallardakı varlı, gənc və yaraşıqlı iş adamı ilə kasıb və gözəl qızın klassik eşq hekayəsini əsas tutaraq, öz həyatlarını də elə təsəvvür etməyə üstünlük verirlər. Unutmaq lazım deyil ki, ideal insan, xüsusən də kişi yoxdur. Odur ki, qadın öz potensialına güvənib, gələcəyini də özü qurmalıdır.
Müdrik qadın qatıldığı yığıncaqlarda digər həmcinslərini söhbətdən kənar qoymur, insanlarla maddi durumuna görə davranmır. Belə qadınlar istənilən məclislərin sevimli qonaqlarıdır.
Bir çox qadınlar öz seçimlərini və həyat tərzlərini digərlərinə də aşılamaq istəyirlər. Onlar düşünürlər ki,hər kəs məsləhətlərinə əməl etməlidir, çünki hər şeyin düzgün həllini yalnız özləri bilir. Müdrik qadın isə, bir problemin bir neçə çözümü olacağına inanır. Odur ki, insanlara məsləhət verərkən daha diqqətli davranır. O, insanlara tövsiyə verərkən- “Mən olsam bu məsələni belə çözərdim, lakin sən mənim kimi etmək məcburiyyətində deyilsən”, - deyir.
Müdrik qadın harada necə zarafat edəcəyini yaxşı bilir. Bu zaman isə, heç vaxt həddini aşmır. Müdrik qadın ətrafdakıların da zarafatına müsbət reaksiya verməyi bacarır. İnciyib, məclisi tərk etmir.
6. Müdrik qadın sağlamlığının qeydinə qalır
Müdrik qadın ailəsinin və doğmalarının rifahı üçün daim sağlam olmağın zərurətini dərk edir. O ətrafındakıların gündəliik tələb və qayğılarını özündən üstün tutmur. Müdrik qadın anlayır ki, özü sağlam olmasa, doğmalarına kifayət qədər zaman ayırıb, qayğı göstərə bilməyəcək. Odur ki gənc qızlar özlərində bu xüsusiyyəti ailə qurmazdan öncə formalaşdırmalıdırlar.
Əziz xanımlar, bəs siz necə, özünüzü müdrik qadın hesab edirsinizmi?
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub