Cibinizdə 5 dollar olsa və bu pulu yalnız 2 saat ərzində artırmaq lazımdırsa, nə edərdiniz? Stanford Professoru Tina Seelig oxşar hallarda yaradıcı fikirlər tapmağın sadəliyini sübut edib.
Yalnız beş dollar pulunuzun və iki saat müddətinizin olduğunu düşünün. Bu müddət ərzində beş dollar ilə necə pul qazanardınız?
Mynews.az fins.az-a istinadən bildirir ki, Stanford Universitetində dərs deyən professor Tina Seelig tələbələri komandalara ayıraraq onlara zərflərin içində beş dollar pul və iki saat vaxt verir. Komandaların vəzifəsi isə bu müddət ərzində beş dollarla ən çox pulu qazanmaq və vəzifə tamamlandığında üç dəqiqəlik bir təqdimat etməkdir.
Verilən tapşırıq əllərindəki məhdud qaynaqlar, çətin şərtlər və yaradıcı fikir tapmağın məcburiyyəti ilə sahibkarlığı təşviq edilən tələbə komandaları, təqdimat günü gəldiyində bir-birindən yaradıcı fikirlərlə beş dollarla iki saatda necə pul qazandıqlarını izah edirlər.
İlk qrup şəhərin ən məşhur restoranlarında rezervasiyalar etdirir. Restoranlardakı müştərilərin sayı çoxalanda səbirsiz müştərilərə 20 dollar qarşılığında hər bir sifarişi iki saat boyunca sataraq pul qazanırlar.
İkinci qrup daha sadə bir fikir tapır. Onlar velosiped rezini təzyiqini pulsuz ölçmək üçün tələbə birliyi qarşısında bir stand qururlar. Şinlər üçün hava lazım olanda da 1 dollar qarşılığında şinləri dolduraraq pul qazanırlar.
Bu iki qrup təxmini olaraq bir neçə yüz dollar gəlir əldə edə bilir.
Son fikir isə dahiyanədir:
Bir başqa qrup ən yüksək gəliri əldə edir. Bu qrupun pul qazanmaq üçün tapdığı fikir, sonunda özlərinə veriləcək üç dəqiqəlik təqdimat müddətini, tələbələri işə almaq istəyən bir şirkətə satırlar. Şagirdlərin təqdimatlarına baxmaq və potensial işçilərini tapmaq istəyən şirkət üç dəqiqə üçün qrupa 650 dollar ödəmə edir. Beləcə, ən çox pulu qazanan da bu qrup olur.
Professor Tina Seelig Stanford Technology Ventures Programın bir parçası olaraq verdiyi dərslərlə tələbələri proqram müddəti boyunca dünyaya və problemlərə fərqli bucaqlardan baxmağı öyrədir.
Bu nümunə ilə məhdud resurslar və çətin şərtlər altında yaradıcı fikirlər tapmağın, problemləri asanca həll edə bilməyin və fürsətləri qiymətləndirmək üçün sadə yolların olduğunu görürük.
Görünməyəni görəbilmək üçün, bəlkə də, yalnız baxış bucağımızı biraz dəyişdirmək kifayət edə bilər.