Hamilə, lakin ölmüş qadın uşağını tabutda dünyaya gətirib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, hadisə Toronto şəhərində baş verib. O, öz avtomobili üzərində nəzarəti itirib və dəhşətli qəza baş verib. Yol qəzasının qurbanı olan qadın başından və döş qəfəsindən zədə alıb. Qadın təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həkimlər qadının və uşağın həyatını xilas edə bilməyib. Bundan sonra qadının ölü cəsədi 17 saat ərzində soyuducu meyitxanada saxlanılıb. Lakin hamilə qadın öldükdən 23 saat sonra dəfn olunan zaman dünyaya normal uşaq gətirib.
Bu hekayənin ən kədərli hissəsi ondan ibarətdir ki, qəza düz qadın müayinəyə gələn zaman düz xəstəxananın qarşısında baş verib.
Qəbiristanlıqda qəbirqazan işçilər tabutu qəbirə qoymaq istəyəndə səs eşidib. Eşitdiklərindən şoka düşən şahidlər dərhal həkim çağırıb. Məlum olub ki, möcüzə nəticəsində uşaq sağ qalıb və vaxtından əvvəl dünyaya gəlib. Vaxtından əvvəl doğulmuş körpə 4 ay ərzində küvəsdə saxlanılıb. Uşağın şəxsi həyatı və təhlükəsizliyi naminə anasının adı sirr olaraq qalıb.
Bu hadisədən şahidlər və həkimlər də şoka düşüb. Qadının ölü olduğunu deyən həkim bildirib ki, 22 illik iş təcrübəsində belə bir halla üzləşməyib: "Bu hadisədən sonra uşaq yaşaya bilməzdi, onun anası ölmüşdü, bundan başqa, uşaq oksigen və qida olmadan 23 saat sağ qala bilməzdi. Bu möcüzə deyilsə, onda bunun nə olduğunu mən bilmirəm. Amma, heç kim, hətta elm, Tanrı iradəsini şübhə altında qoya bilməz".