Banqladeşdə "Benjamin Button" filmini xatırladan bir körpə dünyaya gəlib.
Mynews.az publika.az-a istinadn bildirir ki,görənləri təəccübləndirən bu balaca körpə qocalma xəstəliyi ilə doğulub.
Körpə Filmdə Bred Pittin canlandırdığı dünyaya yaşlı bir insan olaraq gələn, sonradan isə cavanlaşan, körpələşən Benjamin Buttonun hekayəsinə bənzər.
Banqladeşin Magura şəhərində anadan olan balaca körpə qırış-qırış üzü, iri gözləri ilə görənlərin diqqətini çəkir. Balaca uşaq nadir halda rast gəlinən və erkən yaşlanma xəstəliyi kimi tanınan PROGERİA xəstəliyi İlə doğulub. Bu xəstəlik 4 milyon doğumda bir görünür.
Körpənin atası Bisvajit Patro isə oğlunun vəziyyətindən şikayətçi olmadıqlarını, sadəcə Allaha şükür etdiklərini deyib. Ailə onu da deyib ki, uşaqlarından xəbər tutanlar, haqqında eşidənlər onu yaxından görməyə can atırlar.
Qeyd edək ki, Progeria adlanan bu xəstəlik çox nadir halda rast gəlinən genetik pozğunluqdur. Tək bir genin anormal protein istehsal etməsindən irəli gəlir. Bu xəstəliklə doğulan körpələr adətən 13 yaşından çox yaşaya bilmirlər.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub