48 yaşlı ana qızının övladını dünyaya gətirib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, 14 yaşında "Küster Hauser" sindromu diaqnozu qoyulan Maddienin uşaqlığı yetərincə formalaşmadığı üçün heç vaxt uşaq sahibi olmayacaqdı.
Həmin gün xəstəxanadan ağlayaraq çıxan qıza anası Meqan bir söz verib. Nə vaxtsa Maddie uşaq sahibi olmaq istəsə, anası Meqan qızının körpəsini özü doğacaq.
48 yaşlı Meqan 10 il sonra qızına verdiyi sözə əməl edib.
Maddie 23 yaşında müayinə olunan zaman həkim ona uşaqlığının yerində xoşxassəli şiş olduğunu deyib və şişi kəsib götürməzdən əvvəl yumurtalıqlarını çıxarıb dondurmağı tövsiyə edib.
Övlad sahibi olmaq qərarına gələn Maddienin yumurtaları ilə nişanlısı Tylerin spermaları süni yolla mayalandırılaraq Meqanın uşaqlığına yerləşdirilib. Beləliklə, surroqat ana olan nənə öz nəvəsini dünyaya gətirib.






1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub