Məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov "Jara - 2017” Beynəlxalq Musiqi Festivalına 52 saat qalması ilə bağlı İnstagram səhifəsində foto paylaşıb.
Moskvada əkiz övladları ilə birlikdə çəkdirdiyi şəkli paylaşan Emin Ağalarov fotonun şərh bölməsində JARA festivalına 52 saat qaldığını bildirib.
”JARA-ya 52 saat qalıb. Biz hazırıq, bəs siz…”, - deyə E.Ağalarov yazıb.
Qeyd edək ki, ölkəmizdə ikinci dəfə reallaşacaq festival 2017-ci ildə iyulun 27-dən 30-na kimi baş tutacaq.
Tədbirdə yerli və əcnəbi məşhurlar çıxış edəcəklər. Festivala biletlər sentyabrın 12-dən satışa çıxarılacaq.
Xatırladaq ki, "Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, "Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub