Qarşınızdakı insanın ayaq forması və barmaqlarından sizə uyğun sevgili olub-olmadığını anlaya bilərsiniz.
Kişi Magazine sevgilinizin ayaqlarından onun xarakterini öyrənmə sirlərini təqdim edir.
– Tərəf müqabilinizin ayaq bazası hündürdürsə və boşluğu bəlli dərəcədə çoxdursa, demək, azad ruhlu xarakteri var. Özünə aid zamanı keyfiyyətli keçirmək istəyir. Buna görə də tək qalmaq istədikdə onu günahlandırmayın və beynini dincəltməsinə imkan verin.
– Sevgilinizin ayaq bazası düzdürsə, deməli, tək qalmağı sevməyən insanla qarşılaşmısınız. Həddən artıq ictimai insan olması, bəzən sizi narahat edə bilər, amma heç nə edə bilməzsiniz. Evə bağlanmaq və özü ilə baş-başa qalmaq onlara görə bir vəziyyət deyil.
– Baş barmaqlar digərlərindən uzundursa, sevgilinizi aldatmaq heç asan olmayacaq. Çünki inanılmaz ağıllı və yaradıcı düşünmə qabiliyyəti var. Digər tərəfdən, onun sayəsində münasibətlərinizdəki problemləri qısa zamanda həll edə bilərsiniz.
– Tərəf müqabilinizin ikinci barmağı digərlərindən uzundursa, dərhal ondan uzaqlaşın. Hind mədəniyyətində belə analar qızlarının bu cür ayağa sahib olan biri ilə evlənməsini istəməzlər. İkinci barmağı uzun olan insanlar bacarıqlı olsalar da, lider ədaları var. Çox tez əsəbiləşərlər və hər şeyi şişirdirlər.
– Əgər 3-cü barmağı uzundursa, onu işindən ayırmaq olduqca çətin olacaq. Məcbur etsəniz belə, ikinci planda eşq həyatı olduğu gerçəyini dəyişdirə bilməzsiniz.
– Dördüncü barmağı kiçik olan sevgiliniz varsa, ondan uzaq durmaq məsləhətdir. Çünki ailəsindən və eşq həyatından başqa hər şeyi düşünür.
– Kiçik barmağına baxaraq sevgilinizlə uyğun olub-olmadığınızı anlaya bilərsiniz. Əgər siz kiçik barmağınızı digərlərindən ayıra bilirsinizsə, macəranı və eşqi sevirsiniz, amma tərəf müqabiliniz ayıra bilmirsə, sakit və axarında gedən bir həyat istəyir. Bu halda, qətiyyən bir-birinizə uyğun deyilsiniz, lakin unutmayın ki, zidd qütblərin bir-birini çəkdiyi gerçəyini də unutmayın.
– Əgər sevgilinizin barmaqları baş barmağından çeçələ barmağına doğru enirsə, nizamlı olduğu qədər dost olacaq xarakterə malikdir. Hər kəslə tanış olub söhbət etməsi sizi bəzən narahat etsə də, o, bu vəziyyətdən çox məmnundur.
– Baş barmaqdan çeçələ barmağa doğru mütənasib kiçilən barmaqlara sahib insanlar da nizamlı və detallar mövzusunda vasvasıdır. Hətta tanış olma ildönümünüzü unutmayacaq dərəcədə.
– Barmaqları eyni boyda olan tərəf müqabiliniz varsa, dərhal onunla ailə qurun. İnanılmaz sadiq olması ilə yanaşı, onun yanında özünüzü hər zaman etibarda hiss edərsiniz. Məntiqli olması bəzi zamanlarda sizin üçün dezavantaj olsa da, bu, sevgilinizin möcüzəvi bir insan olması həqiqətini dəyişdirmir.
– Əgər ikinci barmağı baş barmağından uzundursa, sevgiliniz yaradıcı insandır. Bu qədər coşğulu və yaradıcı olması sizə qeyri-adi sürprizlər edəcəyinə də bir işarədir.