Böyük Britaniyada ilk dəfə olaraq test rejimində kiberreabilitasiya düşərgəsi istifadəyə verilib.
Mynews.az lent.az-a istinadən xəbərinə görə, düşərgədə yeniyetmə hakerləri güc və istedadlarını daha pozitiv sahəyə yönəltməyə təşviq edəcəklər.
İlk belə düşərgə Bristolda yaradılıb. İki gün ərzində kibertəhlükəsizlik və karyera sahəsində çalışan mütəxəssislər yeniyetmələrə mühazirə oxuyublar. Bundan başqa, gənc hakerlərə kibercinayətkarlığın yaratdığı məsuliyyət barədə bilgi verilib.
Pilot proqramının 7 iştirakçısı əvvəllər saytlara kiberhücumlarda təqsirləndirilib. Onların heç biri yetkinlik yaşına çatmayıb.
Uğur qazanacağı təqdirdə, bu cür düşərgələr bütün ölkə ərazisində açılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub