Bəzən kədərdən bəzən isə sevincdən gözlərimiz yaşla dolar. Cəmiyyətdə ağlamağı bir zəiflik əlaməti kimi düşünənlər olsa da mütəxəsislər ağlamağın ən azı sevinmək və ya gülmək qədər normal bir proses olduğunu və insan orqanizmi üçün bəzi faydasınım mövcudluğunu vurğulamışlar. Bəzən insan tənha bir otağa çəkilərək doyunca ağlamaq ürəyini boşaltma ehtiyacı hiss edir. İngilis professoru Dr. Leslie Beth bu kimi hallara belə izah vermişdir. Ağlamaq psixoloji rahatlama ilə yanaşı vücudun da rahatlamasına şərait yaradır. Göz yaşının müxtəlif növləri mövcuddur. Yaxınlığımızda hər hansı bir tüstü olarsa və ya yanımızda soğan soyarlarsa bu zaman gözlərimiz yaşara bilər. Araşdırmalar bu zaman əmələ gələn göz yaşlarının gözü hər hansı bir xarici təsirdən qorumaq üçün yaranmış refleks olduğunu və bu tip göz yaşlarını ağladığımız zaman yaranan göz yaşlarından biokimyəvi tərkibinə görə olduqca fərqli olduğunu göstərmişdir. Hislərimizin səbəb olduğu göz yaşları orqanızmi bəzi toksinlərdən qoruyur. Başqa sözlə orqanizmdəki zəhərli hormonların xaric olunması üçün ağlamaq faydalıdır.