Qadınlar çox yaşamaq istəsələr də, yaşlanmağı yaxınlarına belə buraxmırlar. Gənclik və gözəlliklərini qorumaq üçün əllərindən gələni edirlər. Məsələn, üz dərisinə qulluq edir, qırış, sızanaq, civzə, bir sözlə, onları çirkin göstərən hər xırda amilə qarşı sərt mübarizə üsullarına əl atırlar. Ancaq özünəqulluqda onlar bədəninin 5 üzvünü, demək olar ki, həmişə unudurlar.
Saçları
Qadın nə qədər yaşlı olarsa, saçları bir o qədər seyrək və solğun olur, tellər getdikcə ağarmağa başlayır və təbii parıltısını itirir.
Nə etməli? Qida rasionuna vitamin kompleksləri, mövsümi meyvə və giləmeyvələr, dəniz məhsulları və balıq növləri daxil edilməlidir. Yaşa dolduqca baş dərisini masaj etmək, protein serumlarından, eləcə də, sulfatsız şampunlardan istifadə və təbii inqrediyentlərdən maskalar qoymaq lazımdır.
Dekolte zonası
Qadının əsas düşmənləri bunlardır: günəşin mənfi şüaları, hündür yastıq, susuz qalmış bədən. Günəş şüaları dərini qurudur və qocalma prosesini sürətləndirir. Nəmsiz qalmış dəri də qocalmağa doğru gedir. Qırışlar, dərinin quruluğu, piqmentlər qadının yaşını ələ verir.
Nə etməli? Günəş şüalarının dəriyə zərər verməsini istəmirsinzisə, onu müntəzəm şəkildə nəmləndirin. Çoxlu su için və SPF tərkibli qidalandırıcı kremlər çəkmədən evdən çıxmayın.
Dirsəklər və dizlər
Bəli, dirsək və dizlər də qadının yaşını ələ verir. Lakin çoxları bədənin bu hissəsinə diqqət ayırmır. Nəticədə qulluq görməyən diz və dirsəklər elastikliyini itirir. Beləliklə, quru dirsək və diz dərisi qocalmanın ilk əlaməti olur.
Nə etməli? Diz və dirsək dərsinə hər gün yağlı krem çəkin, mütəmadi olaraq pilinq edin və sərt parçadan olmayan geyimlər seçin. Üstəgəl, fitnesslə məşğul olun. Oturub-durmaq da diz əzələlərini gücləndirir.
Əllər
Qadının yaşını əsasən əllərindən bilmək olur. Kişilər də qadının yaşını müəyyən etmək üçün əllərinə baxırlar. Daimi yükləmələr, yuyucu vasitələrlə və su ilə təmas dərinin vəziyyətinə mənfi təsir edir.
Nə etməli? Soyuq havalarda əllərinizi qardan qorumaq üçün əlcək geyinin. Küləkli və yağışlı günlərdə krem çəkmədən evdən çıxmayın.
Sinə
Bədənin bu hissəsi - qadının qürurudur, amma yaşlandıqca sinədə bir çox problemlər yaranır. Ana olduqdan sonra sinələr əvvəlki formasını itirir, sallanmağa başlayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döşlər elastikliyini itirir.
Nə etməli?
Dərinin elastikliyini itirməməsi üçün ona xüsusi qulluq etməli, daim büsqalter geyinməli, sinəni dik saxlayan məşqlər etmək vacibdir. Həmçinin, tez-tez kökəlib arıqlamamaq, isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinmək lazımdır.
Dekolteni yüksək faktorlu qoruyucularla günəşin zərərli şüalarından qorumaq da əsas şərtdir.
Təzyiqli soyuq su masajının da sinəyə dirilik gətirdiyini unutmayın. Duşdan çıxmazdan əvvəl bir neçə dəqiqə dözə biləcəyiniz soyuqluqda soyuq suda qalın.