Londonun Kraliça Mariya Universitetinin alimləri dişi müalicə edən plomb ixtira ediblər. Sehirli materialın tərkibi isə yalnız təbii komponentlərdən ibarətdir.
Mynews.az bildirir ki, bu plomb nəinki dişləri qırılmaqdan qoruyacaq, həmçinin kariesin də qarşısını alacaq.
Bu mükəmməl kəşf artıq mütəxəssislərin bütün sınaqlarından keçib və növbəti ildən etibarən istifadə olunmağa başlanacaq.
Daimi plomb diş dəliyinə doldurulan zaman boşluğu minerallarla təmin edərək, dişin tərkibi ilə qarışıb, onu ftor, fosfor və kalsium ilə təmin edir. Beləcə, diş özünü bərpa edir. Bundan əlavə möcüzəvi ixtira dişlə tam reaksiyaya girdiyi üçün arada sızıntı qalmır. Bu da bakteriyaların qarşısını alır.
Mütəxəssislər qeyd edir ki, daimi plombu yalnız bir dəfə qoyduracaqsınız. 1 neçə aydan sonra isə o özünü tam bərpa edib, sağlam dişə çevriləcək.
Daimi diş plombunun üstünlükləri:
1. Dişinizi müalicə etmək üçün yalnız bir dəfə həkimə müraciət edəcəksiniz.
2. Bu plombun tərkibi təbii maddələrdən ibarət olduğu üçün sağlamlığınıza zərər yetirmir.
3. Qoydurduğunuz adi plomb bir müddət sonra ovulub tökülür, lakin bu sehirli ixtira ilə yeni sağlam diş qazanırsınız.
Sağlamlığınızı qoruyun! (publika.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub