Bu şəxslərlə əsla bir otaqda QALMAYIN! Neqativ enerjidən qorunmağın 5 MÜHÜM QAYDASI

834
Bu şəxslərlə əsla bir otaqda QALMAYIN! Neqativ enerjidən qorunmağın 5 MÜHÜM QAYDASI

Empatiya başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya isə digər insanlara qarşı şəfqət hissidir. Empatiyası güclü olan insanlar ətrafdakıların ağrı və əzablarını daha tez hiss edir. Lakin bu duyğunun sizə mənfi təsirləri qaçılmazıdır.

Heç bilirdiniz ki, mənfi aurası olan insanla eyni otaqda qalmaq sizə nə qədər toksik (zəhərli) enerjilər ötürə bilər? Ətrafdakı insanların mənfi enerjisinə qarşı qorunma yollarını öyrənmək isə böyük mənəvi qabiliyyətdir.

Publika.az bu yazıda oxucuları ətrafdakıların neqativ enerjidən qorunma üsulları ilə tanış edib.

1. Yadda saxlayın ki, siz hamını məmnun edə bilməzsiniz!

Əgər kimsə sizə şikayətlənirsə, həmin adama xoş gəlməyə çalışmayın. Bu, yalnız enerjinizi alacaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək.

Hamı sizi sevmək məcburiyyətində deyil. İnsanlar yer üzündə başqa məqsəd üçün yaşayır. Odur ki, ilk növbədə özünüzü sevin. Bu zaman öz güc meydanınızı yaradırsınız, hansı ki, sizi başqa insanların fikir təsirlərindən müdafiə edəcək.

Onu da bilin ki, siz hər kəsi dəyişə bilməzsiniz. Bunu öz missiyanıza çevirməyin. Sizə qarşı göndərilən enerjini qəbul etməmək bəzən özünüz üçün edə biləcəyiniz ən yaxşı hərəkət ola bilər.

2. Həyatınıza başqa insan daxil edəndə 2 dəfə ehtiyatlı olun!

Bədəniniz, ağlınız və bilavasitə ətrafınız - sizin məbədinizdir. Siz ora kimi dəvət edirsiniz? Bu, açıq dəvətdir? İnsanlar daxil olmazdan əvvəl ayaqlarını silməlidir, yoxsa onların qəlbinizi çirkləndirməyə çalışması normal haldır?

Əgər günlərin bir günü insana bir tikə çörək verirsinizsə, onda o, növbəti gün sizdən bir buxanka istəyəcək. Əgər siz kiməsə borc verirsinizsə, onda o, gələn dəfə sizdən daha çox borc pul almağa çalışacaq. Bəziləri evinə hər adamı buraxmayanları soyuq adlandırır. Əslində isə belə insanlar sadəcə olaraq özünə və öz evinə hörmət edir.

Səxavətli olmaq yaxşıdır, amma incə həddi var. Və ona riayət etmək lazımdır ki, sizi tapdalamasınlar. İnsanlara “Yox” deməyi, eyni zamanda özünüzü günahkar hesab etməməyi öyrənin.

3. Pis insanlara diqqət yetirməyi dayandırın!

Parazitə yaşamaq üçün sahib lazımdır. Başqa birisinə fikir verdikdə siz ona öz enerjinizi verirsiniz. Enerji qaniçənlərinin fikirlərinizi və enerji ehtiyatınızı oğurlamasına icazə verməyin. Neqativ insanlar mənfi enerjisini sizə yükləyir, daha sonra isə növbəti qurbanına doğru addımlayır. Bu, onların həyatdakı əsas missiyasıdır.

Dinləməyi bacarmaq yaxşıdır, lakin elə incə məqamlar var ki, onu heç kimin keçməyə ixtiyarı yoxdur.

Hər hansı şəxs sizə işdəki problemlərindən, hətta uğurlu nailiyyətlərindən danışa bilər. Lakin bütün bu emosiyalar sizi üzə və həyatınızı heç də yaxşı olmayan istiqamətdə dəyişə bilər.

Özünüzü sevməyi öyrənin, əgər mövzu sizə xoş gəlmirsə, söhbət edən insanı dayandırın və onlara deyin ki, siz indi bunu eşitməyə hazır deyilsiniz. Beləliklə də siz qarşı tərəfin neqativ enerjisini özünüzdən uzaqlaşdıracaqsınız.

4. Təbiətlə nəfəs alın

Təbiətlə daha çox ünsiyyətdə olun, meditasiya ilə məşğul olun, dincəlin və nəfəs alın. Suyu öz daxilinizdə hiss edin və fiziki məşqlərlə məşğul olun. Kəpənək kimi hərəkət edin: Yumşaq, lakin tez.

Düzgün nəfəs texnikası bütün bədəndə qan dövranını artırır və ətrafdakı insanlar tərəfindən göndərilən mənfi enerjinin qarşısını almağa kömək edir. Özünüzə əminliklə gəzin, dincəlin, başınızı yuxarı qaldırın və heç kəsə imkan verməyin ki, sizin əhvalınızı korlasın.

5. Fikir və emosiyalarınızın 100 faiz məsuliyyətini öz üzərinizə götürün!

Özünüzü necə hiss edirsinizsə, bu, 100 faiz sizin öz məsuliyyətinizdir. Kainat bizi sınamaq üçün həyatımıza insanlar göndərir. Özünüzü başqalarından daha güclü qəbul edin. Siz qurban deyilsiniz və heç kimin üzərinizdə hakimiyyəti yoxdur.

Sizi narahat edən məsələlərin və fikirlərin situasiyalarda necə meydana çıxdığın fikirləşin. Bəlkə hər şey elə özünüzün səbir və dözümlülük səviyyəsindən, yaxud şəfqət və tündməcazlığınızdan asılıdır...

Hərəkətlərinizin bütün məsuliyyətini öz üzərinizə götürsəniz, siz özünüzlə daha dərin səviyyədə birləşəcəksiniz. Eyni zamanda daxili harmoniyanı bərpa edəcəksiniz.

Enerji səviyyənizi yüksəldən işlərlə məşğul olun. Özünüzü yanında daha yaxşı hiss etdiyiniz insanlarla görüşün. Eləcə də görüşdüyünüz insanların özünü sizin yanında yaxşı hiss etməsi vacibdir. Siz daha parlaq təcrübəyə layiqsiniz və bunu dərk etməyin zamanı çoxdan çatıb.

Özünü digər insanların enerjilərindən qoruma elmi insanın özünə sevgisindən başlayır. Unutmayın ki, siz xoşbəxtlik və firavan həyata layiqsiniz. Unutmayın ki, “Yox” demək normaldır, energetik vəziyyətinizin müəllifi özünüzsünüz!

Xəbər lenti