Bir neçə gündür müzakirələrə səbəb olan meymuna bənzər canlı əslində nədir?
Azərbaycan ərazisində peyda olduğu bildirilən bu varlıq həqiqətən də mövcuddurmu?
Mynews.az bildirir ki, zooloqlar meymuna bənzəyən əcaib heyanın əslində bir iluziya olduğunu deyirlər. Bildirirlər ki, nəinki Azırbaycanda, ümumiyyətlə dünyanın heç bir yerində belə bir canlı yoxdur. Zoologiya insitutunun direktoru Elman Yusifov qəribə canlının əslində bir oyuncaq olduğunu söyləyir. Onun sözlərinə görə belə bir canlının olması mümkün deyil.
Elman Yusifov həmçinin bildirib ki, müxtəlif internet saytlarında belə canlıları əks etdirən videolar var. Buların hamısı xüsusi proqramlar vasitəsi ilə düzəlir və insanlarda maraq yaratmaq üçün saytlara yerləşdirilir.
Direktor həmçinin qeyd edib ki, indiyə kimi belə bir canlı mövcud olsaydı indiyə kimi elm adamları tərəfindən araşdırılardı.
Belə görüntülər insanlarda maraq yaratsa da, panikaya da səbəb olur. Sensasiya xətrinə insanları narahat etmək isə düzgün deyil. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub