ABŞ-da yaşayan 21 yaşlı Ceymi Uilson adlı qız cinsiyyətini dəyişdirib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, o, bunun üçün bütün sevdiklərinin etirazlarına əhəmiyyət qoymayıb. İki il əvvəl cinsiyyətini dəyişdirərək kişi olub.
"18 il boyunca hər çölə çıxanda özümü qadın olaraq hiss etmədim" deyən Uilson ilk olaraq saçlarını kəsdirib və kişi paltarları geyinməyə başlayıb. 2 il testesteron müalicəsi alan gənc qızın ailəsi və yaxın ətrafı ona mane olmağa çalışıb.
Lakin qısa zamanda İnstaqramda fenomen olan Ceymi bütün prosesləri bitirərək keçmişindən tamamilə fərqli görüntüyə sahib olub. Onun əvvəlki fotoları ilə indiki halını müqayisə edənlər heyrətlərini gizlədə bilmirlər.