Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.
Mynews.az bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: "Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyun ilə daxil oldu. Yol boyu qoyun yeri batırıb və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildiriblər ki, a kişi bu nədi? O da cavab verib qoyundu da burda nə var ki?!"
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov saytımıza bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: "Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsüz? Bu ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi maşınlar var. Bu bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə izn verib, onu anlaya bilmədim".
PressClub.Az

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub