Burada hamı lüt gəzir: kişilər istədikləri çılpaq qızı... - FOTOLAR

1729
Burada hamı lüt gəzir: kişilər istədikləri çılpaq qızı... - FOTOLAR

Böyük Britaniyada nudistlər cəmiyyətinin 13 min üzvü çılpaq gəzmək üçün mübarizə aparır.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, cəmiyyətin üzvləri ictimai yerlərdə çılpaq gəzir və bunun normal qarşılanmasını istəyirlər. Hətta onları məhkəməyə verənlər belə məğlub olublar.

11 dəfə məhkəməyə verildi və qalib gəldi

Misal üçün, nudist olan Rob Cenner çılpaq gəzdiyi üçün qonşuları tərəfindən məhkəməyə verilir və o, məhkəmədə sübut edir ki, onun lüt gəzməsi tamamilə qanunidir.

“The Daily Mirror” nəşrinə öz hekayəsini danışan Cenner Ekls şəhərciyində yaşayır. 42 yaşlı Cenner özünü paltarda yaxşı hiss etmədiyini deyir, lakin bağına qulluq edərkən çılpaq gəzmək istəyəndə isə qonşuları şikayətlənir.

“Məni 11 dəfə şikayət ediblər. Bir də görürəm ki, qapı döyülür və bilirəm ki, polislərdir. Onlar da məni xoşlamırlar, lakin mən öz şəxsi evimdə ürəyim istəyini etmək hüququna sahibəm”, - deyə o bildirir.

Onun vəkili Aleks Devi əmindir ki, müştərisi tamamilə çılpaq gəzmək hüququna malikdir.

“Nudizm tamamilə qanunidir və özünü ifadə etmə azadlığı kimi qəbul edilir”, – vəkil məhkəmə danışırdı.

Lakin Cennerdən şikayət edən qonşunun da öz arqumentləri var idi. Qonşu bildirir ki, Cennerin çılpaq gəzməsi onda nifrət yaradır və özünü narahat hiss edir.

Cenner məhkəmə işini udmağı bacardı, lakin yenə də yaşadığı yerdən köçmək qərarına gəldi. Çünki ətrafında ona nifrətlə baxılmasını istəmir. Onun yeni məkanı İspaniya olacaq.

“Orada iqlim yaşıdır, çoxlu çimərliklər var. Bundan başqa ispanlar nudizmə daha liberal yanaşırlar”, - deyə o danışır.

Heteroseksual kişilər

London kollecinin alimlər çılpaq gəzməyi sevən insanları araşdırmağa çalışırlar. Onlar 850 britaniyalı arasında onlayn sorğu keçiriblər. Nəticə göstərir ki, əksəriyyət çılpaq gəzməkdən həzz alırlar. Alimlər aydınlaşdırdılar ki, abır-həyanı itirmək üçün 20 dəfə soyunmaq lazımdır. Bundan sonra hər şey adiləşir.

Onlayn sorğu ilə yanaşı, kollecin alimləri çılpaq adamların getdiyi yerlərə də baş çəkiblər. Onlar müəyyən ediblər ki, çılpaq gəzməyi xoşlayanların əksəriyyəti orta yaşlı heteroseksual ağ kişilərdir. Alimlər gələcəkdə onları öyrənməyi qərar alıblar.

Çevriliş

Bir müddət öncə Beynəlxalq Nudizm Federasiyasında (İNF) çevriliş oldu. 8 il federasiyaya rəhbərlik etmiş İvo Ziqlind bədxərclikdə və hakimiyyətlə yaxınlaşaraq, İNF-nin mənasız obrazını yaratmaqda ittiham olunaraq, rəhbərlikdən uzaqlaşdırıldı. O, üzvlük haqlarını xərcləməkdə də ittiham edilirdi. Təşkilata üzvlük haqqı ildə 8 min funt strerliqndir. Bu isə təxminən 10 min dollar edir.

“The Telegraph”-ın məlumatına görə, İvonun yerinə Bryus Kendall gəldi. Yeni sədr nudizmi bütün dünyada populyarlaşdırmağa hazırlaşır.

Ehtimallara görə, nudizmin dünyada yayılmasına beynəlxalq təşkilatlar da kömək edəcək.

Lüt xadiməçi

Böyük Britaniyada evlərin təmizlənməsi üçün çılpaq xadiməçi təklif edən “Naturis Cleaners” şirkəti də açılıb. Çılpaq qadının bir saatlıq təmizlik işi 55 funtsterlinqdir. Əlavə vaxt üçün daha çox pul ödənilir. Arzu edənlər şirkətdən daha ucuz qiymətə olan geyinmiş təmizlik işçisi də istəyə bilərlər.

Şirkətin qurucusu Lora Smit danışır ki, əvvəl məqsədləri yalnız nudistlərə xidmət göstərmək olub. Lakin daha sonra potensial auditoriyanın daha geniş olduğunu müəyyən ediblər.

Şirkət işə yalnız qadınları götürür. Müştərilər xoşlarına gələn qadını seçmək hüququna malikdirlər.

Smitin sözlərinə görə, müştərilərin əksəriyyəti kişilərdir: “Müştəri istəyir ki, onun evini çılpaq qız təmizləsin. Həmin vaxt onlar da çılpaq soyunaraq, evi təmizləyən qızı müşahidə edirlər”.

Nudistlər öz cəmiyyətlərini nə qədər genişləndirməyə çalışsalar da, hələlik özlərini çox dar çərçivədə tanıda biliblər. Onların mübarizəsi durmadan davam edir, lakin bunun hansı nəticə verəcəyi müəmmalıdır.

Xəbər lenti