Bir gün həzrət Musa Allah-taalaya ərz etdi ki, yaxşı bəndələrindən birini görmək istəyirəm. Xitab gəldi ki, səhraya get; orada bir adam var ki, əkinçiliklə məşğuldur.
Mynews.az muselman.az-a istinadən bildirir ki, o, dərgahımızda yaxşı olanlardandır. Həzrət gəlidi və gördü ki, bir adam bel vurur və iş görür. Həzrət təəccüb etdi ki, o nə cür bir dərəcəyə çatmışdır ki, Allah onun barəsində bizim yaxşı adamlarımızdandır buyurur... Cəbrailə sual verdi. Cəbrail cavab verdi ki, indi Allah ona bir bəla nazil edəcək, bax gör o, nə edəcəkdir... Bir bəla nazil oldu ki, həmin adam bir anda hər iki gözünü əldən verdi... Dərhal əyləşdi; belini də qarşısına qoyub, dedi: Mənim mövlam, sən məni kor bəyənirsən; mən də kor olmağı görə bilməkdən öndə sevirəm.
Həzrətin gözlərindən yaş süzüldü. Həmin adama sarı üz tutdu və dedi: Ey kişi, mən Allah Peyğəmbəriyəm. Duası qəbul olunan adamam; istəyirsən dua edim ki, Allah gözlərini yenidən görən etsin?
Həmin adam cavab verdi: Xeyr.
Həzrət buyurdu: Nə üçün?
O dedi: Rəbbimin mənim üçün ixtiyar etdiyi şeyi - özüm üçün istədiyim şeydən daha çox sevirəm.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub