“WhatsApp” rəngli statusları sınaqdan keçirməyə başlayıb.
ICTnews xəbər verir ki, ilk olarqq belə seçim “Android” sistemindən istifadə edən “Facebook” istifadəçiləri üçün əlçatan olub, bundan sonra başqa platformalarda tətbiq edilib, indi isə növbə messencerlərə çatıb.
Sözügedən messencerin “Android” platformasında işləyən 2.17.291 beta-versiyasından istifadə edənlərin bəziləri üçün yeni funksiyaya giriş əlçatandır. Foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır.
Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub