Pankreas xərçəngi xəstəliyinə görə son günlərini Vaşinqtonda bir xəstəxanada keçirən Emili Pomeranz doğulduğu qəsəbədəki bir restoranın qəhvəli və şokolad qarışıq olan “milkshake” adlı içkini özlədiyini tez-tez deyib.
Qadının yaxın dostu Sam Klein bu sifarişi təşkil etmək üçün Ohio ştatındakı Tommy's adlı restorana bir e-mail yollayıb. Kleynə bir neçə gün sonra restoranın sahibi Tommi Fellodan bir zəng gəlib. “Narahat olmayın, bunu gerçəkləşdirmənin bir yolunu tapacağıq” deyərək, telefonu qapadan Fello bunu necə bacaracaqlarının cavabını isə bilməyib.
47 ildir eyni restorana sahiblik edən Tommy Fello içkini quru buza qoyub və 123 dollar pul ödəyərək, 600 kilometr uzaqlıqdakı xəstəxanaya “sürətli çatdırılma” ilə göndərib. İçki ölümündən 4 gün əvvəl xəstəxanaya çatdırılıb. 50 yaşındakı Emili Pomeranzın öz “milkshake”dən qurtum alanda çox xoşbəxt olduğunu deyən Sam Klein itirdiyi dostu haqqında da bunları söyləyib: “Emili indi bizimlə olmasa da, bu hekayəni eşidən insanların özünü yaxşı hiss etməsinə görə xoşbəxtdir, mən buna əminəm”. //müsavat.com
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub