Stokholm yaxınlığındakı Södertelje bələdiyyəsinin son zamanlarda fenomeninə çevrilən Moşe Küçükkaya tabut içində 2.5 ton torpağın altında iki gün qalıb, mobil telefonu ilə Facebook-dan canlı yayım layihəsini tamamlayıb.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, əvvəl də bir ay ərzində küçələrdə evsiz kimi yaşayıb köməyə möhtac insanlar üçün pul yığan Moşe Küçükkaya son layihəsi ilə bir tərəfdən yaşadığı klostrofobiya (qapalı məkan qorxusu) problemini həll etməyə çalışarkən, digər tərəfdən də toplanan pul ilə Söderteljedə tək yaşayan yaşlılar üçün parti təşkil etməyi qarşısına məqsəd qoyub.
Dünən basdırılmış olduğu tabutdan çıxarılan Küçükkaya iki gün ərzində oyaq qalaraq yalnız su içib.
Qazılaraq basdırıldığı tabutun içindən çıxarılandan sonra Moşe Küçükkaya "Növbəti dəfə tabuta girdikdə ölməyi üstün tutaram" deyib.
Küçükkaya basdırılmış olduğu müddət içində mobil telefonu ilə verilən sualları da cavablandırıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub