Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Allah buyurdu: "Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. "Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir" - deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. "Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur" - deyənlərə gəldikdə isə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər". (əl-Buxari, 846).
Mynews.az zikr.az-a istinadən bildirir ki, hədisdən göründüyü kimi yağışın ulduzun sayəsində yağmasına inanmaq Allaha küfr etməkdir. Həmçinin, ulduzların və planetlərin insan taleyinə təsir etməsinə inanmaq da küfr hesab olunur. Uca Allah buyurur: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34).
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub