2017-ci ilin iddialı komediya filmlərindən olan “Yanlış anlama”nın nümayiş tarixi bəlli olub.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan aktyorlarının birgə çəkildiyi ekran işi oktyabrın 27-də nümayiş olunacaq. “Yanlış anlama” həm Türkiyə, həm də Azərbaycan kinoteatrlarında eyni vaxtda göstəriləcək.
Komediyanın türk aktyor heyətinə Şevket Çoruh, İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duyğu Karaca, Pelin Sönmez, azərbaycanlı heyətinə isə Pərvin Abıyeva, İslam Mehrəliyev, Fərda Xudaverdiyev daxildir.
“DADA” prodakşn tərəfindən çəkilən filmin rejissoru Ulaş Cihan Şimşək, ssenari müəllifi isə Ayberk Çınardır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub