Birləşmiş Ərəb Əmirliklərində yaşayan milyarder iş adamı, "Saif Belhasa Group of Companies" korporasiyasının sahibi şeyx Səid Əhməd Belhassa kiçik oğlu, 15 yaşlı Rəşid Səif Belhassaya Ferrari F12 Berlinetta avtomobili alıb.
Milli.az bildirir ki, Dubay şəhərinin sakini olan 15 yaşlı Rəşidə hədiyyə edilmiş avtomobil 12 silindrli, 6,3 litr həcmli mühərrikə malikdir.
BƏƏ qanunvericiliyinə görə, milyarderin 15 yaşlı oğlu 18 yaşına çatmamış bu avtomobili idarə edə bilməz.
Rəşid isə avtomobilini FoilX şirkətində xüsusi sifarişlə Louis Vuitton loqotipi ilə bəzətdirib.
15 yaşlı Rəşid İnstagram-da məşhurdur. İnstagram profilinin 649 min, YouTube-dakı kanalanınsa 750 min daimi təqibçisi olan bu yeniyetmə "AKA Money Kicks" niki ilə tanınır.
Rəşid Səif Belhassa məşhur idmançılar, şou-biznes mənsubları, siyasətçilərlə çəkdirdiyi, habelə superlüks həyatını əks etdirən fotoları ilə tanınır.
15 yaşlı Rəşidin Yeezy Cadillac Escalade markalı avtomobili, habelə çox böyük ayaqqabı və çanta kolleksiyası da var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub