Bakıda küçə və yollarda əllərində gül satanlara yəqin ki, çoxları rast gəlir. Xüsusən də, svetoforlarda və avtomobillərin aşağı sürətlə hərəkət etdiyi küçə və yollarda onları tez-tez görmək olar. Mağazalardan fərqli olaraq, gülü daha ucuz qiymətə satan bu şəxslərin hamısı olsa da, aralarında fırıldaqçılar da varmış.
Mynews.az Avtosfer.az-a istinadən bildirir ki, daxil olan məlumata görə, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar. Bu işdə onlara qəbristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.
Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarmaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri əsasən günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.
Odur ki, 14 fevral "sevgililər günü"ndə gül alarkən diqqətli olun.

Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub