Rəşid öz yaşıdlarından tamam fərqlənir. Onu məktəb qayğıları narahat etmir, əksinə məktəb narahat olur ki, Rəşidin qayğıları olmasın. Hətta dünya ulduzları da onun marağını cəlb etmir. Çünki məşhurlar özləri onun qapısını döyürlər. Lakin gəlməzdən öncə mütləq onun köməkçilərindən icazə alırlar ki, Rəşidin qızıldan dəyərli zamanını məşğul etməsinlər.
Publika.az-ın xəbərinə görə, bu 15 yaşlı əsmər yeniyetmənin şəxsi biznesi, təyyarələri, avtomobilləri, hətta zooparkı belə var.
Lakin onun bu dəbdəbəli həyatı öz zəhmətinin bəhrəsi deyil. Rəşidə bu təmtəarqlı həyatı yaşadan atasıdır. Oğlanın atası Səif Əhməd Belhasa Dubayın tikinti maqnatıdır. Səif Əhməd Rəşidi digər övladlarından daha çox sevir. Odur ki, ərköyün oğlunun “bir dediyini iki etmir”.
Rəşidin imarətinin yanında özünə məxsus olan nəhəng zoopark yerləşir. Bu məkanı oğlan ferma adlandırır. “Ferma”da bir-birindən bahalı və nadir heyvanlar saxlanılır. Onlar içərisində ən çox diqqət çəkənləri isə aslanlar, pələngələr və leopardlardır. Yeniyetmə Rəşidin fermasına gəlib, bu nadir heyvanları görmək istəyən dünya ulduzlarının sayı günbəgün artır. Rəşid isə onlarla simvolik xatirə selfisi çəkib, öz İnstaqram səhifəsində paylaşır. Sonra isə, ulduzları öz köməkçilərinə tapşırıb, daha vacib işlərilə məşğul olmağa gedir.
Bu gun Rəşidin İnstaqram səhifəsinin 660 000 üzvü var.
Rəşid deyir ki: “Dünya ulduzları bizim ailəmizi və fermamızı görmək üçün köməkçilərimin qəbuluna yazılırlar. Amma mənim onlarla keçirəcək zamanım yoxdur. Axı bu, çox darıxdırıcıdır”.
Rəşidin qonaqları arasında Ronaldo, Messi, Ceki Çan, Nikki Minaj, Şahruk Xan, Meraya Keri, Zlatan İbrahimoviç və digər dünya ulduzları var.
Rəşid ayaqqabıları çox sevir, o deyir ki, ötən ay Parisdə olarkən düz 20 cüt idman ayaqqabısı alıb. Atasının heyrətini görəndə isə ona izah edib ki, bu ayaqqabılar 1 ildən sonra 3 dəfə bahalaşacaq.
Bundan əlavə, Rəşidin çox zəngin avtomobil kolleksiyası var. O, öz qırmızı Ferrarisini Louis Vuittonun loqosu ilə bəzədib.
Rəşid onu sevməyənlər haqda da fikirini bildirməyi unutmmayıb: "Onların sayı çoxdur, bilirəm. Dünyanın ən yaxşı və mərhəmətli insanı olsam belə, onlar mənə nifrət edəcəklər. Paxıl insanları sadəcə görməzdən gəlirəm”.