Ad günlərində tort üfləmək artıq vərdişə çevirilib. Doğum günü sahibi arzu tutub şamları üfləməsə, tortu kəsmək olmaz. Bəs görəsən bu adətin sağlamlığa necə, hansısa ziyanı varmı?
Şimali Karolina ştatında yerləşən Clemson universitetinin mütəxəssisləri bu mövzuda maraqlı araşdırma aparıb. Onların sözlərinə görə, tortun üzərindəki şamları üfləmək ciddi xəstəliklərə yol aça bilər.
Aparılan tədqiqatlarda insanın sakit nəfəs aldıqdan sonra dərindən nəfəs almaqla 1500 – 2000 ml hava qəbul edə bildiyi və bu zaman havada, habelə ağız boşluğunda olan bakteriyaların bir-birinə təmas etdiyi ortaya çıxıb. Dərin nəfəs alaraq şamları üfləyən insan bu bakteriyaları tortun üzərinə ötürür. Bu isə digər insanların sağlamlığı, eləcə də gigiyenik cəhətdən doğru hesab edilmir.
Universitetin profesoru Paul Davson kiçik bir tort üzərində apardığı araşdırmada şam üfürülməsindən sonra şirniyyatın üzərindəki bakteriyaların 1400-ə qədər artığını müşahidə edib.
Tənəffüs yolu ilə ötürülən müxtəlif xəstəlik risklərinin qarşısını almaq məqsədilə bu növ adətlərə əməl etməmək məsləhətdir.
publika.az
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub